İQTİSADİYYAT


"Silk Vey Bank" bankomatdan nağd pul çıxarılması limitinə dəyişiklik edib

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

"Silk Vey Bank" bankomatdan nağd pul çıxarılması limitini dəyişib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bank əməliyyatları üzrə risklərin minimum səviyyəyə endirilməsi məqsədilə "Gold" və "Platinum" plastik kartlardan ATM vasitəsilə nağd vəsaitin çıxarılması gündəlik limiti 4 min AZN/USD/AVRO məbləğində müəyyən edilib. Bankın "Gold" və "Platinum" plastik kart sahibləri 4000 AZN/USD/AVRO məbləğindən artıq vəsaitin çıxarılması üçün bankın baş ofis, filial və şöbəsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.