MƏDƏNİYYƏT
"Son məktub" filmi Qüdsdə nümayiş olunub
Bakı, 3 avqust, Ceyhun Alışov, AZƏRTAC
Türkiyə tarixinin şanlı səhifələrindən olan Çanaqqala zəfəri ilə bağlı çəkilən "Son məktub" filmi Qüds şəhərində nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Qüdsdəki baş konsulluğunun mədəniyyət mərkəzinin təşkilatı dəstəyi ilə nümayiş olunan film böyük maraqla qarşılanıb.
Bundan əvvəl Ramallah şəhərində nümayiş olunan bu ekran əsəri Osmanlı ordusunun 1915-ci ildə Çanaqqala savaşındakı zəfərindən bəhs edir. Türkiyəli rejissor və ssenarist Özhan Ərənin quruluş verdiyi kino Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə çəkilib.
Qeyd edək ki, istehsalına 20 milyon türk lirəsi sərf edilən "Son məktub" filmində gənc azərbaycanlı aktrisalar Nəsrin Cavadzadə və Mina kimi tanınan Nərmin Hüseynova da iştirak edirlər. N.Cavadzadə baş rolun ifaçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 19.04.2024 [10:52]