İQTİSADİYYAT


"Standard & Poor's" "Kapital Bank"ın reytinqini təsdiqlədi

Bakı, 12 iyun, AZƏRTAC

"Standard & Poor's" Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq "Kapital Bank"ın reytinqini "BB-/B" səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, agentliyin mütəxəssisləri öz hesabatlarında "Kapital Bank"ın növbəti 12-18 ay ərzində biznes mövqeyini möhkəmləndirəcəyini proqnozlaşdırırlar. Hesabatda "Kapital Bank"ın ölkə bankları arasında daha dayanıqlı və etibarlı olması da qeyd edilib. Bankdakı struktur dəyişiklikləri sayəsində bank kredit sahəsini və rəqabətə davamlılığını artırıb və daha yüksək reytinqlərə iddialıdır. Həmçinin qeyd olunub ki, ölkənin kredit bazarının 8,1 faizi, əmanətlərin isə 15,8 faizi məhz "Kapital Bank"ın payına düşür. "Hazırda ölkənin maliyyə bazarında olan mövcud durumu nəzərə alaraq, bankın reytinqinin əvvəlki səviyyədə saxlanılması bizim üçün olduqca əhəmiyyətlidir", - deyə bankdan bildiriblər.

Qeyd edək ki, "Kapital Bank" maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2016-cı ilin uğurlu yekunlarını əks etdirib. Bankın aktivləri il ərzində 53,3 faiz artaraq, 3,1 milyard manat, müştərilərə verilən kreditlər 9,1 faiz artaraq 1,3 milyard manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 30 faiz artaraq 593,6 milyon manat olub. Bankın xalis mənfəəti 52,4 milyon manat, nizamnamə kapitalı 185,8 milyon manat, məcmu kapitalı 282,1 milyon manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.