REGİONLAR


"Sumqayıt Bizim Evimizdir" adlı təmizlik aksiyası davam edir

A+ A

Sumqayıt, 25 sentyabr, AZƏRTAC 

Sumqayıtdakı Heydər Parkında, Xəzər dənizi sahilində yaradılan Bulvarda, Nəsimi adına Mədəniyyət və İstirahət Parkında "Sumqayıt Bizim Evimizdir” devizi altında ekoloji maarifləndirmə və təbliğat aksiyası davam edir. Aksiya Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, sentyabrın 22-dən təmizlik aksiyasına öz təşəbbüsləri ilə şəhərin ali, orta ixtisas məktəblərinin tələbələri də qoşulublar. Sumqayıt Dövlət Universitetinin, Təhsil Şöbəsi nəzdində Gənc Müəllimlər Şurasının, Sumqayıt Dövlət Texniki Kollecinin, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinin müəllim və tələbə-gəncləri aksiyada bir neçə qrupla iştirak edərək maarifləndirmə işinə dəstək olublar.

Qeyd edək ki, aksiyanın əsas məqsədi şəhər sakinlərinin geniş şəkildə gəzintiyə çıxdığı bulvarda yaradılan şəraitdən səmərəli istifadə etmək, təmizliyi və yeni salınan yaşıllıq ərazini, eyni zamanda, müxtəlif personajları özündə əks etdirən fiqurları qorumaq və bu kimi digər işləri təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.