İDMAN


"Sumqayıt" FK Albaniyanın “Şkenderbeu” komandası ilə qarşılaşıb

Sumqayıt, 14 yanvar, AZƏRTAC 

“Sumqayıt” futbol klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Topaz Premyer Liqasının növbəti turuna hazırlıq çərçivəsində qardaş ölkədə olan komanda artıq ilk yoxlama oyununa çıxıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, Samir Abbasovun yetirmələri Albaniya təmsilçisi “Şkenderbeu” ilə qarşılaşıb. Oyunda komanda meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib. "Sumqayıt" FK-nın yeganə qolunun müəllifi Mirabdulla Abbasov olub.

Qeyd edək ki, 7 dəfə Albaniya çempionu olmuş “Şkenderbeu” hazırda milli çempionatda 32 xalla 3-cü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.