İQTİSADİYYAT


"Texnikabank"ın əmanətçilərinə 118 milyon 916 min manatdan artıq kompensasiya ödənilib

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən seçilmiş agent banklar vasitəsilə "Texnikabank" ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə 118 milyon 916 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank", "Rabitə Bank", "Unibank" və "Kapitalbank" seçilib. Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Qeyd edək ki, "Texnikabank"ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 12-dən etibarən agent bankların filiallarında başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.