İQTİSADİYYAT


"Unibank" "Albalı Plus" sahibləri üçün yeni kampaniya

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

"Unibank" ASC müştərilərə təxminən 3 dəfə ucuz qiymətə "Albalı Plus" debet kartı almağı təklif edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, indi bu kartın qiyməti 3 AZN/USD-dir.

"Albalı Plus" debet kartının bir sıra üstünlükləri var: hər alış-verişdə xərclənən vəsaitin 20 faizə qədər hissəsi kart hesabına geri qayıdır; kartdakı pul komissiyasız nağdlaşdırılır; kartda qalan pula illik 6 faizədək depozit gəliri hesablanır; debet kartını həm manat, həm də dollar valyutasında sifariş etmək mümkündür; kartın hansı ödəniş sistemində olmasını seçmək olar; tərəfdaş və qeyri-tərəfdaş mağazalardan çoxlu endirim və hədiyyələr təqdim olunur.

"Unibank Mobile" əlavəsində "Albalı Plus" debetlə əməliyyatlar "İphone 6S" və digər qiymətli hədiyyələr qazanmaq şansı verir. "Unibank Mobile" istifadəçiləri arasında keçirilən lotereyanın şərtlərinə görə, hər biri minimum 5 manat olan 3 əməliyyat iştirakçıya 1 şans qazandırır.

Sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən "Unibank" filialına yaxınlaşmaqla və ya onlayn (http://debet.albali.az/) sifariş verməklə "Albalı Plus" debet kampaniyasından faydalanmaq olar. Kampaniya noyabrın 8-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.