Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

"Valday" müzakirələri: qlobal siyasətin çətinlikləri və dünya ağalığı iddiaları

İndi hamı dünya miqyasında mövcud olan problemlərdən danışır. Mütəxəssislər və siyasətçilər vəziyyətin getdikcə mürəkkəbləşdiyini, meydana yeni təhdidlərin çıxdığını və qlobal trendlərin qeyri-müəyyənliyini vurğulayır, bu əsasda yaxın perspektivdə bəşəriyyəti nələrin gözləyə biləcəyini proqnozlaşdırmağa çalışırlar. Maraqlıdır ki, böyük dövlətlərin liderləri belə hesab edirlər ki, proseslər bu istiqamətdə davam etdiyi təqdirdə olduqca təhlükəli durum ortaya çıxa bilər. Lakin daha təəccüblüsü odur ki, bu fikirləri söyləyənlər konkret xilas yolu göstərmirlər – hər kəs qarşısındakını ittiham edir. Bu isə beynəlxalq münasibətlərdə dialoq imkanlarını heçə endirir. O cümlədən universal beynəlxalq təşkilatların təkmilləşdirilməsi işinə əngəllər törədir. Bu kimi məsələlərin müzakirəsinə həsr edilmiş "Valday" beynəlxalq diskussiya klubunun növbəti tədbiri maraqlı keçib. Burada Rusiya Prezidenti Vladimir Putin də çıxış edib.

"Qaydasız qaydalar": böyük güclərin rəqabət hərisliyi

Soçidə oktyabrın 24-27-si tarixində ənənəvi beynəlxalq diskussiya klubu "Valday"ın XIII sessiyası keçirilib. Bu tədbirdə dünyanın 35 ölkəsindən 130-dan çox mütəxəssis iştirak edib, beynəlxalq münasibətlərin, daxili siyasi quruluş məsələlərinin, iqtisadiyyatın, demoqrafik vəziyyətin və texnologiyaların inkişafının aktual problemlərini müzakirə ediblər. Müzakirələrdə həm də dünyanın siyasi xəritəsində müşahidə edilən radikal dəyişikliklərin və demokratik prosedurların böhranının fəsadlarının azaldılmasına, Rusiya-Avropa İttifaqı münasibətlərinin inkişaf etdirilməsi yollarına, qlobal dünyanın 10 ildən sonrakı quruluşuna diqqət yetirilib. Yekun sessiyada Finlandiyanın, Avstriyanın və Cənubi Afrika Respublikasının keçmiş prezidentləri (Tarya Halonen, Haynts Fişer, Tabo Mbeki) iştirak ediblər.

Adəti üzrə tədbirdə Prezident Vladimir Putin də çıxış edib. Rusiya dövlət başçısının budəfəki nitqində qlobal siyasətin aktual problemləri və Qərb-Rusiya münasibətlərinin gündəmdə olan məqamları əks olunub. V.Putin təəssüflə vurğulayıb ki, "Valday" klubunun keçən ildəki tədbirindən bu yana qlobal siyasətdə müsbət dəyişiklik müşahidə edilməyib. Siyasi və iqtisadi sahələrdə mövcud olan ziddiyyətlər qalıb və bir sıra məqamlarda daha da dərinləşib. Bu mənada hazırkı müzakirələrin mövzusunun "Gələcək bu gün başlayır: sabahkı günün cizgiləri" adlandırılması tam yerinə düşür, müasir geosiyasətin nəbzini ifadə edir.

Rusiya Prezidenti qarşılıqlı inamsızlığın artdığını və qloballaşma layihəsinin özünün böhrana düşdüyünü söyləyib. Bu cür məqamlar dünya birliyi qarşısında duran çağırışlara və real təhlükələrə səmərəli cavab verməyə mane olur. V.Putin fikrini inkişaf etdirərək deyib: "...Avropada isə artıq – biz bunu yaxşı bilirik, eşidirik – multikulturalizmin baş tutmadığından danışırlar" (bax: Заседание международного дискуссионного клуба "Валдай" с участием Владимира Путина / "Valdaiclub.com", 27 oktyabr 2016).

Sonuncu fikir bizim üçün iki aspektdə çox çaraqlıdır. Birincisi, Qərb siyasi şüurunda dünya miqyasında fərqli siyasi yanaşmaların uyğunlaşdırılması prosesinin iflasa uğraması haqqında qənaətin meydana gəlməsi (Rusiya dövlət başçısı "multikulturalizm" dedikdə, həm də bu cəhəti nəzərdə tutur). İkincisi, Avropa cəmiyyətlərində multikultural dəyərlərə önəm verilməməsi, xüsusilə islamofobiyanın genişlənməsi.

Rusiya Prezidenti belə bir vəziyyətin yaranması səbəblərindən də bəhs edib. Onun fikrincə, keçən əsrin 90-cı illərinin əvvəllərində qloballaşmaya yeni nəfəs vermək, harmonik və dayanıqlı vəziyyətə gətirmək imkanı vardı. Lakin özünü dünyanın ağası sayan qüvvələrin özündənrazı mövqe seçməsi və başqalarına hökm etmək fikrinə düşməsi hər şeyi korladı. ABŞ başda olmaqla həmin dairələr "soyuq müharibə"nin qalibi kimi dünya siyasəti və iqtisadiyyatını öz maraqlarına uyğun dəyişdirməyə istiqamətləndilər.

Bu isə eyforiyaya qapılmaq demək idi. Təcrübə göstərdi ki, siyasətdə belə hərəkət təsirsiz ötüşmür və bütün dünyanı çətin vəziyyətə salır. Çünki dövlətlər heç də öz başları üstündə kiminsə ağalıq etməsinə razı deyillər. Dolayısı ilə Qərbin seçdiyi qeyri-konstruktiv yol, dialoqa deyil, qarşıdurmaya aparan kurs qlobal geosiyasi prosesləri mürəkkəb situasiyaya sürüklədi. İndi də onun fəsadlarından dünya yaxa qurtara bilmir. "Valday" klubunun bununla bağlı apardığı müzakirələr həmin səbəbdən son dərəcə aktuallıq kəsb edir.

Məsələ ondan ibarətdir ki, dünyanın böyük dövlətləri sülh və sabitlik üçün vazkeçilməz şərt olan dialoq apara bilmirlər. Dialoq sadəcə müxtəlif tərəflərin bir masa arxasında oturub danışması deyil. Siyasi kontekstdə bu, hər şeydən əvvəl, qarşı tərəfi tamhüquqlu iştirakçı olaraq qəbul etməklə ədalətli qənaətlərə varmağı ifadə edir.

Real dialoq: bəşəri təhlükələri aşmağın yolu

Görüntüdə deyil, real olaraq dialoqa getməkdən imtinanın isə beynəlxalq münasibətlər sisteminə mənfi təsirləri çox ciddi olub və bu hal indi də davam edir. V.Putin həmin özəlliyi xüsusi vurğulayıb. Belə ki, onun fikrinə görə, ötən dövrdə universal institutlar təkmilləşdirilmədi və yeniləri yaradılmadı. Əvəzində, bir sıra dövlətlər öz məxsusi strukturlarını, dünyanı anlama tərzini, öz norma və qaydalarını başqalarına yeritməyə çalışdılar. Bu isə "özü və sevimliləri üçün", seçilmişlər üçün qloballaşma və təhlükəsizlikdir (bax: əvvəlki mənbəyə). Gerçəklikdə kimliyindən asılı olmayaraq bu yolu seçənlər psevdoqloballaşmaya, süni təhlükəsizliyə yol açmış olur ki, nəticədə, bütün dünya o "çayda boğulmağa" məhkum edilir.

Bunun konkret fəsadlarını biz Yaxın Şərqdə, Cənubi Qafqazda və Ukraynada görürük. Suriya və İraqda Vaşinqtonun özü və məqsədli olaraq seçdiyi "sevimliləri" üçün (bəzi məzhəb mənsubları və etnik qruplar nəzərdə tutulur) "demokratiya"nın hansı faciələr törətdiyi göz önündədir. Milyonlarla insan acından ölür, yurd-yuvasını tərk edir, müharibələrdə həlak olur. Bu proses isə davam edir. Amerikan hərb maşını müxtəlif bəhanələrlə anti-insani əməliyyatlarını dayandırmayıb, əksinə, onları yeni məkanlara yayır. Bununla doğrudan da böyük bir geosiyasi ərazidə xaos güclənir, dövlətlər iflas həddinə çatır.

Cənubi Qafqazda da Qərbin "sevimli demokratı" var ki, bu da Ermənistandır. Onun təcavüzkar siyasətinə real olaraq mane olmur, əksinə, onu daha demokratik, insan haqlarını gözləyən ölkə kimi təqdim etməyə çalışırlar. Bu, o dərəcədə ölçüsüz şəkildə edilir ki, məhz Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsini görməzdən gəlirlər. Açığı, XXI əsrdə belə siyasi mövqenin adını tapmaq çox çətindir. Əgər orta əsrlər olsaydı, deyərdilər – barbarlıq! XXI əsrdə nə deyilsin? Yeri gəlmişkən, Cənubi Qafqaza münasibətdə yalnız Qərb deyil, Rusiya da eyni mövqe tutur. Bu da qlobal dialoqun baş tutmamasının çox incə səbəblərinin olduğunu bir daha təsdiq etməkdədir. Yəni böyük dövlətlərin liderlərinin öz məntiqlərində qüsurlu və təzadlı məqamlar kifayət qədərdir.

Əsas olanı odur ki, məhz bu cür gizli aspektlər "Valday" kimi beynəlxalq müzakirələr məkanında üzə çıxır. Ola bilsin ki, bu, dəfələrlə təkrar olunsa, kimlərinsə vicdanı oyana. Lakin mütəxəssislər və siyasətçilərin də vurğuladığı kimi, məsələnin köklü həlli universal institutların təkmilləşdirilməsi ilə əlaqəlidir. Çünki dünyaya ağalıq iddiası olan yerdə universal beynəlxalq institutlar xaricində istədikləri qərarı verə bilirlər. Onlar özlərinə sərf edən qaydalar qoyur və başqalarını da ona əməl etməyə məcbur edirlər. Müəyyən mərhələdən sonra həmin qaydalar öz maraqlarına uyğun gəlmədikdə, onları ləğv edir, yenə də məxsusi istəklərə cavab verən yenilərini daxil edirlər.

Bu yalançı demokratik qaydalar "istehsalı"nın nümunəsi olaraq Yuqoslaviyanın dağıdılması, Əfqanıstanda davamlı xaosun yaradılması, İraqın tar-mar edilməsi, Liviya, Misir, Suriya və başqa müsəlman ölkələrinin başına gətirilənlər, Ermənistanın təcavüzkarlığına havadarlıq, Ukraynanın faktiki olaraq ikiyə bölünməsi göstərilə bilər. Belə çıxır ki, hamının qəbul etdiyi universal beynəlxalq təsisat olmadıqda, dünya xaosa doğru sürüklənir.

Bu kontekstdə böyük geosiyasi güclərin terror qruplarını yaratmaları və onları silahla təmin etmələri çox ciddi təhdid olaraq qalmaqdadır. Onun birbaşa fəsadlarını İraqda, Suriyada, Əfqanıstanda və Türkiyədə görürük. Nə vaxta qədər belə olacaq?

Bu sual "Valday"da siyasilərin özlərinin qaldırdıqları aşağıdakı suallar kontekstində çox aktual görünür: "əgər hər şey belə davam etsə, dünyanı nələr gözləyir? Sabah o, necə olacaq? Sabitliyi, təhlükəsizliyi, iqtisadi artımın dayanıqlığını necə təmin etməli? İnsanların rifah halını necə artırmalı?" (bax: əvvəlki mənbəyə).

Rusiya Prezidentinin özü bu suallara belə cavab verir: "Nə qədər kədərli olsa da, etiraf edək ki, dünyada bu məsələlərlə bağlı heç bir konsensus yoxdur" (bax: əvvəlki mənbəyə). Yəni, gələcəyin qlobal strategiyası və ideologiyası yoxdur. Deməli, zamanın qarşıya qoyduğu sualları dünyanın böyük dövlətləri ilk növbədə özlərinə verməlidirlər. Lakin onlar da problemlərdən başqasını ittiham zəminində danışırlar. Bu, yanlış mövqe olmaqla dialoqa aparmır. Dialoqsuz isə "sülh məbədi"nə yetişmək mümkün deyil!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər