İQTİSADİYYAT
"Xalq Bank" və "Hesab.az" əməkdaşlığı genişləndirir
Bakı, 4 avqust, AZƏRTAC
"Xalq Bank"ın "Visa Classic/MC Standard", "Visa/MC Gold", "Visa Platinum", "Visa İnternet", "Dizayn Kart", "Visa/MC Business" və əmək haqqı kartlarının sahibləri avqustun 1-dən "Hesab.az" onlayn ödəmələr portalında qeydiyyatdan keçib kommunal, rabitə, kabel televiziya, mobil operator, internet provayder və digər xidmətlərin haqqını ödəyərək ikiqat bonus qazanacaqlar.
AZƏRTAC xəbər verir ki, "Xalq Bank"ın "Hesab.az" portalında qeydiyyatdan keçmiş kart müştəriləri bankın plastik kartları ilə həyata keçirdikləri ödəmə əməliyyatları üzrə hər 1 manata görə 200 bonus əldə edəcəklər. Nəticədə müştərilər "Hesab.az" portalında təşkil edilən çoxsaylı aksiya və kampaniyalarda müxtəlif hədiyyə qazanmaq şansını iki dəfə artıracaq. Həmçinin "Xalq Bank"ın “Visa” kartlarının sahibləri "Hesab.az"da həmin kart ilə ödəniş etdikdə lotereyada iştirak edib Maldiv adalarına səyahət qazana bilərlər. Hər 10 manat məbləğində ödəniş 1 uduş şansına bərabərdir.
Onlayn ödənişləri həm "Hesab.az" ödəmə portalında, həm də bankın www.xalqbank.az saytında həyata keçirmək mümkündür. Plastik kartları bankın istənilən filialında əldə etmək olar. "Visa Classic/MC Standard" və "Visa Gold/MC Gold" kartları isə pulsuz təqdim olunur. Plastik kartlar və kampaniya haqqında daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.