İQTİSADİYYAT


"Xalq Kapital İnvestisiya Şirkəti"nə lisenziya verilib

Bakı, 14 iyun, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-yə investisiya şirkəti fəaliyyətinə lisenziya verilib.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclasında "Xalq Kapital İnvestisiya Şirkəti" QSC–nin əsas və yardımçı investisiya xidmətlərinin həyata keçirilməsi ilə bağlı müraciətinə baxılaraq sözügedən lisenziyanın verilməsi üçün müsbət qərar qəbul edilib.

Qeyd edək ki, cəmiyyət əsas investisiya xidmətləri olaraq, qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, fərdi investorların portfelinin idarə edilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması, qiymətli kağızların öhdəlik götürmədən və götürməklə yerləşdirilməsi və anderraytinqi ilə məşğul olacaq. "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, həmçinin müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi yardımçı investisiya xidmətini yerinə yetirəcək.

Xatırladaq ki, hazırda qiymətli kağızlar bazarında 6 investisiya şirkəti müvafiq lisenziyaya malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.