İQTİSADİYYAT
"Xalq Kapital İnvestisiya Şirkəti"nin Bakı Fond Birjasında üzvlüyü bərpa olunub
Bakı, 1 avqust, AZƏRTAC
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin fəaliyyəti Azərbaycan Respublikasının "Qiymətli kağızlar bazarı haqqında" Qanununa və Bakı Fond Birjasının (BFB) "Üzvlük Qaydaları"na uyğunlaşdırıldığı üçün BFB-nin üzvlük komissiyasının qərarlı ilə birja üzvlüyü bərpa olunub.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu il iyunun 9-da verilmiş investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malikdir. Hazırda BFB-nin "Xalq Kapital İnvestisiya Şirkəti" QSC də daxil olmaqla 7 üzvü var.
BFB-nin üzvlərinin siyahısı və onlar barədə ətraflı məlumat qurumun internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilib.