MƏDƏNİYYƏT


"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (3/2016) nömrəsi çap olunub.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında – Nadin Qordimerin Nobel nitqi və hekayələri, “Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanının davamı, “Hekayə” rubrikasında Şervud Andersonun hekayələri yer alıb. Nəşrin “Poeziya” rubrikasında Nikolay Rubtsovun şeirləri, “Memuar” rubrikasında O.F.Yelışev və A.M.Sprintsin “Dahilərin yaradıcılığında şəxsiyyət və xəstəliklər” araşdırma yazısı, “Korifeylər” rubrikasında Lion Feyxtvangerin “Toledolu yəhudi qız” romanından parça, “Magik roman” rubrikasında Alvaro Kunkeronun “Musiqiçinin qeydləri” əsəri, “Tədqiqat” rubrikasında Nizami Cəfərovun “Lev Qumilyovun “passionarlığ”ı” məqaləsi yer alıb. Eyni zamanda "Xəzər"in bu nömrəsinin “Teatr” rubrikasında Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” əsərinin davamı, “İtaliya nəsri” rubrikasında Alessandro Barikkonun “Budman sindromu” hekayəsi, “Səhnə” rubrikasında Semyuel Bekketin “Düyün” pyesi və digər maraqlı yazılar yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.