İQTİSADİYYAT
"Xəzri" pulköçürmə sistemi bir sıra ölkələrində fəaliyyətə başlayacaq
Bakı, 29 may, AZƏRTAC
"Kapital Bank" ASC hazırda "Xəzri" beynəlxalq sürətli pulköçürmə sisteminin inkişaf etdirilməsi ilə bağlı bir neçə istiqamətdə iş aparır.
AZƏRTAC-a bu barədə bankın satış kanalları departamentinin direktoru Vüsal Nağıyev məlumat verib.
V.Nağıyevin sözlərinə görə, "Kapital Bank" müştərilərin banka yaxınlaşmadan "Xəzri" vasitəsilə pul köçürməsi, yaxud köçürülmüş pulu qəbul etməsi üçün tədbirlər görür. Aparılan işlərin bir istiqaməti texnoloji məsələlərlə bağlıdır. Artıq bunun bankomat tərəfini həll etmişik. Bir filialdan pul köçürüldükdə, pulu alan tərəf rahatlıqla gedib "Kapital Bank"ın bankomatından onu ala bilər. Gələcəkdə ödəmələrin də hansısa terminallar vasitəsilə aparılması üçün işlər aparılır.
Xatırladaq ki, "Kapital Bank"ın "Xəzri" sürətli pul köçürmələri sistemi 5 MDB ölkəsini əhatə etməklə 3 500 xidmət məntəqəsində təqdim olunur.