İDMAN


"Zirə"-"Astra" oyununda hesab açılmayıb YENİLƏNİB

Bakı, 20 iyul, AZƏRTAC

"Zirə"-"Astra" oyununda hesab açılmayıb.

Komandalar arasında bir həftə əvvəl Rumıniyada təşkil olunan ilk oyunda "Astra" 3:1 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə, "Zirə" Avropa Liqası yarışlarında mübarizəni dayandırıb.

21:59

“Zirə”-“Astra” oyununun birinci hissəsi başa çatıb.

Komandaların cəhdlərinə baxmayaraq oyunda hesab açılmayıb.

21:06

Bakının "Zirə" futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Astra" (Rumıniya) ilə qarşılaşır.

"Dalğa Arena"da keçirilən matçda "Zirə"nin start heyətində Anar Nəzirov, Jozef Bum, Rəşad Sadiqov, Milan Dyuriç, David Manqa, Kervens Belfort, Viktor İqbokoye, Qabriel Matey, Yovan Krneta, Təmkin Xəlilzadə və Riçard Qadze yer alıblar.

Rumıniya təmsilçisinin ilk on birliyində isə meydana Plemen İlyev, Markus Vidal, Klaudio Belu Yordaçe, Aleksandru Yonita, Viorel Nikoara, Eriko, Flip Mrjyak, Pyotr Polçşak, Aleksandru Dandea, Aleksandru Stan və Remus Boqdan Çipirliu çıxıblar.

Matçı gürcüstanlı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Georgi Vadaçkoriadır. Ona həmyerliləri Zaza Menteşaşvili və Giorgi Elikaşvili kömək edirlər. Dördüncü hakim funksiyasını Georgi Kikaçeişvili yerinə yetirir.

Qarşılaşmanın UEFA nümayəndəsi estoniyalı Tarqo Kaldoya, hakim-inspektoru isə rusiyalı Sergey Zuyevdir.

Komandalar arasında bir həftə əvvəl Rumıniyada təşkil olunan birinci matçda "Astra" 3:1 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.