İDMAN
"Zirə" komandası Lüksemburqda "Differdange" klubunu məğlub edib YENİLƏNİB
Bakı, 6 iyul, AZƏRTAC
"Differdange"-"Zirə" oyunu Bakı komandasının qələbəsi ilə başa çatıb - 2:1. Komandalar arasında bir həftə əvvəl Bakıda keçirilən qarşılaşma da "Zirə"nin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, "Zirə" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə adlayıb.
22:34
Üstünlüyü ələ alan Bakı təmsilçisi görüşün 68-ci dəqiqəsində ikinci dəfə meydan sahiblərini mərkəzə dəvət edib. Bu dəfə "Zirə"nin heyətində Riçard Qadze fərqlənib - 2:1.
22:25
İkinci hissəyə fəal başlayan "Zirə" istəyinə nail olub. Görüşün 64-cü dəqiqəsində David Manqa hesaba tarazlıq gətirib - 1:1.
21:55
“Differdange”-"Zirə" oyununun ilk hissəsi Lüksemburq komandasının xeyrinə yekunlaşıb.
Qarşılaşmanın 11-ci dəqiqəsində David Vandenbrok komandasını hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq ilk hissənin sonunadək hesab dəyişməyib və komandalar fasiləyə "Differdange" klubunun minimal üstünlüyü ilə çıxıblar - 1:0.
20:55
Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində cavab oyununu keçirir.
AZƏRTAC xəbər verir ki, Bakı klubu Lüksemburqdakı “Municipal de Differdange” stadionunda yerli “Differdange” komandası ilə qarşılaşır.
Oyunu slovakiyalı baş hakim Boris Marhefka idarə edir.
Komandaların start heyətləri aşağıdakı kimidir:
“Zirə” - Anar Nəzirov, Jozef Bum Li, Vüqar Mustafayev, Adil Nağıyev, Rəşad Sadiqov, David Manqa, Kervens Belford, Qabriel Matey, Yovan Krneta, Təmkin Xəlilzadə, Riçard Qadze.
“Differdange” - Julian Veber, Tom Sibenaler, Nikolas Perez, Kotier Karon, David Fluirval, Yordan Yeye, David Vandenbrok, Matias Yaniş, Cofri Franzioni, Munir Hamzui və Şadli Amiri.
Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Zirə” 2:0 hesabı ilə qalib gəlib.