İQTİSADİYYAT


"Zolotaya Korona" pul köçürmələrini indi milli valyutada almaq mümkündür

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

"Azərpoçt" MMC-nin Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında "Zolotaya Korona" beynəlxalq pul köçürmələrini indi milli valyutada almaq mümkündür.

AZƏRTAC "Zolotaya Korona"nın saytına istinadla xəbər verir ki, "Azərpoçt" MMC-nin "Zolotaya Korona" ödəniş sistemi ilə uğurlu əməkdaşlığı çərçivəsində çoxlu birgə layihələr həyata keçirilib. Tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində növbəti addım Azərbaycanın milli valyutasında pul köçürmələrinin tətbiqi olub.

Qeyd edək ki, MMC müştəriləri üçün "Zolotaya Korona" pulköçürmələri ABŞ dolları, avro və rublda da mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.