İQTİSADİYYAT
"MuğanBank-MONEX"dən müştərilərinə 24 saat onlayn xidmət
Bakı, 22 iyun, AZƏRTAC
"MuğanBank-MONEX" sistemi müştərilərinə yeni xidmət təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni xidmət vasitəsilə müştərilər 24 saat onlayn "eManat" ödəmə terminallarından Azərbaycanın istənilən bölgəsinə pul vəsaiti göndərə bilər. Bunun üçün müştərilər "eManat" terminalındakı "Bank xidmətləri"- "Muğanbank" bölməsində "MONEX" pul köçürmələrini seçərək vəsaiti göndərmək imkanı əldə edirlər. Tələb olunan forma doldurularaq (vəsaiti alacaq şəxs haqqında məlumat və köçürülən məbləğ) əməliyyat həyata keçirilir. Bu zaman müştəriyə "Köçürmənin nəzarət nömrəsi" verilir. Alıcı "MONEX" sisteminin ölkə daxilində əməkdaşlıq edilən 30-a yaxın bankın məntəqələrindən şəxsiyyət vəsiqəsi və "Köçürmənin nəzarət nömrəsi"ni təqdim edərək vəsaiti ala bilər. Köçürmənin maksimal məbləği 1000 manat, xidmət haqqı 1 faizdir.