İQTİSADİYYAT
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat açıqlayıb
Bakı, 7 avqust AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən cari ilin iyulun 31-dən avqustun 7-dək olan müddətdə respublika ərazisində yol tikintisi və təmiri sahəsində görülən işlər barədə məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşır, paytaxtın Nərimanov rayonunda Kazım Kazımzadə küçəsi əsaslı şəkildə təmir edilib, Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələrin quraşdırılması davam edir.
Həmçinin Bakı şəhərinin Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi təmir olunub və M1 magistral avtomobil yolunun bir hissəsində təmir-bərpa işlərinə başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]