Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Abdulla Qurbani: Qazilərə diqqət göstərmək yalnız dövlətin deyil, həm də hər bir Azərbaycan vətəndaşının borcudur

Abdulla Qurbani: Qazilərə diqqət göstərmək yalnız dövlətin deyil, həm də hər bir Azərbaycan vətəndaşının borcudur

Bakı, 19 iyul, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyev hərb tariximizə sonsuz ehtiram və sevgi ilə yanaşaraq, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının hünər və rəşadətlərini həmişə yüksək qiymətləndirmiş, yeni nəslin vətənpərvərlik tərbiyəsində ata və babalarımızın qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəf və vicdanla davam etdirməyi tövsiyə etmişdir.

Heydər Əliyevə görə, xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli məhz tariximizdədir, sələflərin keçdiyi şanlı döyüş yolundadır. Hər bir xalq bu yolu keçib. Əgər hər hansı bir xalq tarix səhnəsindədirsə, deməli, onun tarixi inkişafında, xalq kimi formalaşmasında özünəməxsus qəhrəmanlıq nümunələri olmuşdur.

Ulu Öndər müharibə veteranlarını xalqımızın qızıl fondu adlandırar, onların xidmətlərinə xüsusi önəm verər və hər bir müharibə iştirakçısını, qazini, veteranı, orduda xidmət edən əsgərləri xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlar kimi qiymətləndirər və onları ölkə vətəndaşlarının hər birindən daha yüksəkdə tutardı.

Bu fikirləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani AZƏRTAC-a açıqlamasında deyib.

Polkovnik A.Qurbani bildirib ki, Heydər Əliyevin bu istiqamətdə ibrətamiz ənənələri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir və müharibə iştirakçıları, şəhid ailələri, qazilərimizə hərtərəfli dövlət qayğısı göstərilir.

Dövlətimizin başçısının sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına hər olunmuş müşavirədə Vətən müharibəsindən sonra şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışarkən Müzəffər Ali Baş Komandan İlham Əliyev “Bunu mənəvi borc bilirik, edirik və edəcəyik” deyə hər kəsi bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşmağa, onların problemlərinin həlli istiqamətində fəaliyyətlərini daha da genişləndirməyə çağırıb.

Etiraf edək ki, şəhid ailələrinə, müharibədə sağlamlığını itirən qazilərə nə qədər diqqət və qayğı göstərilsə də, onların həlli istiqamətində digər ölkələrlə müqayisədə daha çox məqsədyönlü tədbirlər həyata keçirilsə də, hələ də bütün qaziləri razı salmaq və mövcud problemlərin qısa müddətdə həllinə nail olmaq mümkün deyil. Yaşlı nəsil yaxşı xatırlayar, İkinci Dünya müharibəsindən sonra müharibə əlillərinin problemlərinin həlli istiqamətində dövlət səviyyəsində mühüm proqramlar həyata keçirilirdi. Lakin yenə də bu qisim insanlar göstərilən diqqət və qayğıdan heç də məmnun deyildilər. Respublika hökuməti bir yana, hər gün Azərbaycandan da Moskvaya, Kremlə, hətta Leninin mavzoleyinə neçə-neçə şikayət məktubları ünvanlanır, daha çox imtiyazlar tələb olunurdu. Bu, təbiidir. Axı günlər keçdikcə qayğılar, problemlər də çoxalır və müharibə əlilləri dövlətdən daha çox maddi və mənəvi dəstək umurdular. Onlar haqlı idilər. Çünki öz sağlamlıqlarını Vətənin müdafiəsi uğrunda, qanlı döyüşlərdə itirmiş və dövlətin himayəsinə daha çox güvənirdilər.

Bir anlığa gəlin fikirləşək, müharibə əlillərinə, qazilərinə yalnız dövlətmi mənəvi, maddi dəstək göstərməlidir?! Xeyr! Ölkədə nə qədər qeyri-hökumət təşkilatları, iş adamları, xeyirxah insanlar və vicdanlı vətəndaşlarımız var. Bu istiqamətdə hər kəs əlindən gələn köməyi göstərməli, qazilərimizə dəstəyini əsirgəməməlidir.

Mən dəfələrlə demişəm, yenə də deyirəm: Əsgəri güllə öldürmür, qazini savaşda aldığı yaralar göynətmir, şəhid valideynlərini övladlarının itkisi yandırmır, onları laqeydlik, biganəlik son həddə çatdırır. Odur ki, bu kateqoriyadan olan həssas insanlar dövlətlə yanaşı, həm də xalqın daimi diqqət və qayğısı ilə əhatələnməlidir.

Biz xoşbəxt xalqıq ki, 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində Qələbə çaldıq, ərazi bütövlüyümüzü bərpa etdik, tarixi torpaqlarımızın işğaldan azad olunmasına nail olduq. Təsəllimiz ondadır ki, döyüş meydanlarında şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin, qazilərimizin intiqamını aldıq, düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik. Biz xoşbəxt xalqıq ki, müstəqil dövlətimiz, rəşadətli Ordumuz, Vətən uğrunda canından keçməyə hər an hazır olan igid övladlarımız və Müzəffər Ali Baş Komandanımız var.

Bu yaxınlarda Sabirabad rayonunda bir qazinin hamının gözü qarşısında özünü yandıraraq intihara cəhd etməsi və az sonra dünyasını dəyişməsi bütün xalqımız kimi məni də çox kədərləndirdi. Bu, belə olmamalıydı. Ən azı bu mənzərəni kənardan seyr edən, telefonun yaddaşına köçürən insanların laqeydliyi, bu mənzərəni sanki filmə, tamaşaya baxmaq kimi izləyənlərin soyuqqanlılığı, qızışdırıcı mövqe sərgiləməsi heç kimə başucalığı gətirmir.

Qazilərimizə təkcə dövlət, dövlət məmurları deyil, hər kəs diqqət yetirməli, onu doğması, əzizi bilməlidir. Unutmayaq ki, kibrit soyuqdur, lakin ona təsir etməklə istilik almaq olar. Ən azı, qazilərə mənəvi dəstək göstərilməli, cəmiyyətdə onlara münasibət birmənalı olaraq kökündən dəyişilməlidir. Müharibənin onlara vurduğu sağalmaz zədələrdən, psixoloji sarsıntılardan istifadə edərək qaziləri dövlətə bu və ya digər məmura qarşı vasitəyə çevirmək heç də milli-mənəvi dəyərlərimizlə uzlaşmır.

Mən bununla bağlı öz düşüncələrimi və qarşılaşdığım bəzi məqamları bölüşmək istəyirəm.

Bu başdan deyim ki, ilk növbədə qeyd edim, qazilərimizin vəziyyətinin yaxşılaşdırılması üçün zamanın tələbləri baxımından mühüm layihələrin gerçəkləşməsinə, qanunvericilik aktlarında olan boşluqların doldurulması üçün mütəxəssislərin iştirakı ilə onlara yenidən baxılmasına çox ehtiyac duyulur.

Heç kim unutmamalıdır ki, hər bir şəhid, şəhid ailəsi qədər qazilərimiz də hər cür hörmətə, qayğıya, maddi və mənəvi dəstəyə layiqdirlər. Etiraf etməliyik ki, elə şəhidimiz var, bir ildə onun şərəfinə onlarla anım tədbiri təşkil edilir, ailəsi mütəmadi olaraq ziyarət olunur. Bu, gözəldir, insani, xeyirxah, humanist münasibətdir. Ancaq yaddan çıxarılmamalıdır ki, bunun həsrətində olan yüzlərlə qazi və qazi ailələri də var.

Yaxşı yadımdadır, keçən əsrin 80-ci illəri idi, Naxçıvan Muxtar Respublikası Şərur rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləyirdim. O vaxtlar müharibə veteranları, Əfqanıstan döyüşlərinin iştirakçıları olan beynəlmiləlçi döyüşçülər mədəni-maarif ocaqlarının da diqqət mərkəzimizdə idi. Bilavasitə onların iştirakı ilə silsilə tədbirlər keçirər, gənclərin vətənpərvərlik tərbiyəsi işində onları örnək kimi göstərərdik.

Bir gün Yuxarı Yaycı kəndində keçirəcəyimiz folklor festivalına gedərkən yolun sol tərəfində əlil arabasında oturmuş bir gənc diqqətimizdən yayınmadı. Avtomobili əyləyib onunla görüşdük. Hal-əhval tutub, vəziyyəti ilə maraqlandıq. Məlum oldu ki, Əfqanıstanda aparılan hərbi əməliyyatlar zamanı aldığı xəsarətlərdən kifayət qədər müalicə olunsa da, nəticə verməyib və ömrü boyu əlil arabasında yaşamaq qədəri ilə barışıb. Əlində bir balaca radio var idi. Muğama qulaq asırdı. Ürəyindən nələr keçdiyi, nəyə ehtiyacı olduğu ilə maraqlandıq: “Desəm ki, məni məhkum olduğum bu əlil arabadan xilas edin, alınmayacaq. Bunun üçün Allahın bircə möcüzəsi kifayət edər. Ancaq mənim də canlı bir musiqiyə, gözəl bir muğama qulaq asmağım üçün dəstək olacaqsınızsa, özümü xoşbəxt hesab edərəm” dedi və baxışları uzaqlara zilləndi. Elə həmin andaca mədəniyyət evinin muğam üçlüyünü avtobusdan endirib yaralı döyüşçü üçün, sözün həqiqi mənasında, muğam dəsgahı yaratdıq.

Həmin görüşdən sonra hər həftə bir nəfər tamaşaçı üçün xüsusi konsert proqramı təşkil edərdik. Əlbəttə, artıq tamaşaçılar da çoxalmışdılar. Qohum-qonşu bilirdi ki, hər həftə yaralı əsgər üçün konsert təşkil olunacaq. Bu həm əsgərə, onun ailəsinə mənəvi dəstək idi, həm də qonum-qonşuya xidməti borcunu şərəflə yerinə yetirən əsgərə göstərilən diqqət və qayğının təzahürü idi.

Aprel döyüşlərindən az sonra yüzə yaxın müharibə qazisi və şəhid ailəsi üzvlərini Yeni Azərbaycan Partiyasının, şəxsən sədr müavini Əli Əhmədovun dəstəyi ilə Lənkərana on gün müddətinə istirahət mərkəzinə apardıq. Orada keçirilən mənalı günləri, bir-birindən maraqlı tədbirləri qazi və şəhid ailələri bu gün də xoş təəssüratlarla xatırlayırlar. Əlil arabasında yaşamını davam etdirən döyüşçü zabit Azər Məmmədov və onun valideynləri bu günlərdə mənə telefon açaraq belə tədbirin təkrarlanacağı günü səbirsizliklə gözlədiklərini bildirdilər. İnşallah, Baş nazirin müavini Əli Əhmədovun dəstəyi ilə bu tədbiri təkrarlayacağımıza əminik.

İyulun əvvəllərində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Yevlax rayonunda şəhid və qazi ailələri üçün gözəl vətənpərvərlik tədbiri keçirirdik. Orada bir ana mənə yaxınlaşaraq dedi ki, oğlum Yusif dövlətin dəstəyi ilə həm respublikamızda, həm də qardaş Türkiyənin ən qabaqcıl tibb ocaqlarında aylarla müalicə alıb. Ancaq Vətən müharibəsində aldığı xəsarətlərin yaratdığı fəsadlardan hələ də onu xilas etmək mümkün olmayıb. Hazırda Buzovna Reabilitasiya Mərkəzindədir. İyulun 6-da ad günündə sizin oğluma baş çəkməyiniz, ona mənəvi dəstək olmanız Qələbənin yaratdığı xoş əhval-ruhiyyə ilə yaşayan, ruhdan düşməyən Yusifin bəlkə də əlil arabasından tezliklə qalxacağına inamını daha da artırar.

Anaya söz verdim ki, hökmən Yusif qardaşımızı ziyarət edəcək və onu ad günündə sevindirəcəyik. Bu barədə Müdafiə Nazirliyinin rəhbərliyini də məlumatlandırdım.

Heç bilirsiniz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Yusif Ağaməhəmmədov və onun döyüşçü dostları, ətrafına toplaşanlar bu görüşü necə maraqla izləyirdilər?!

General-mayor Bəkir Orucov müdafiə nazirinin şəxsi hədiyyəsini qazimizə təqdim edərək keçmiş əsgərini bağrına basır, apardığımız qızılgül çələngini onun oturduğu əlil arabasının qarşısına qoyuruq. Bu diqqəti görən Zəhra ana kövrəlir, qazimiz isə başını dik tutaraq “Mən bu gün də Müzəffər Ali Baş Komandanın əmrlərinə, döyüşlər təkrarlanarsa, bədənimə partlayıcı bağlayıb, əlil arabasında belə özümü düşmən tankının altına atmağa hazıram”, - deyir.

Belə hadisələr kifayət qədərdir və respublikamızın bölgələrində şəhid ailələrinə və qazilərə baş çəkərkən belə duyğusal hadisələrin tez-tez şahidi oluruq.

Bu ilin martında böyük Azərbaycan sevdalısı, Türkiyənin milli müdafiə naziri hörmətli Hulusi Akarın dəvəti ilə qardaş ölkənin şəhid ailələri ilə görüşə getmişdim. Çox gözəl mərasimlərin şahidi oldum. “TRT” bu mərasimlərdən birini canlı yayımladı. Həmin tədbirlərdə şəhidlərin xatirəsinə yazdığım elegiyaları söylədim. “Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar” fikirlərim tədbir iştirakçıları tərəfindən ayaqüstə qarşılandı. Sonra da Türkiyənin ən böyük şəhərlərindən biri olan Bursaya getdik. Bursada və digər bölgələrdə müalicə olunan qazilərimiz, onları müalicə edən tibb işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də Azərbaycanın Türkiyə Respublikasındakı səlahiyyətli səfiri Rəşad Məmmədov, hərbi attaşemiz polkovnik Müşfiq Məmmədov, Azərbaycandan dəvət edilən muğam üçlüyü və Bursanın ali təhsil müəssisələrində təhsil alan türk ölkələrinin gəncləri Azərbaycan qazilərinin şərəfinə elə bir Novruz şənliyi təşkil etdilər ki, uzun müddət yaddaşlardan silinməyəcək.

Türkmən, özbək, qırğız, türk gəncləri qazilərimizin şəninə şeirlər söylədi, mahnılar oxudu, rəqslər ifa etdilər.

Bir an da olsun əllərini oğlunun əlil arabasından üzməyən Şəki şəhərindən olan ananın “Oğluma toy eləsəm, gələrsənmi?” sualı məni nə qədər kövrəltsə də, “Gələrəm, niyə gəlmirəm ki, o toyda iştirak etmək ömrümün ən xoşbəxt anlarından birinə çevrilər” deyərək həm qəhrəman qazimizi, həm də ananı bağrıma basdım...

Ümumiyyətlə, 10 milyondan çox nüfuzu olan ölkəmizdə sayı o qədər də çox olmayan şəhid ailələri, müharibə iştirakçıları, xüsusilə də qazilərimiz qədirbilən, xeyirxah vətəndaşlarımız tərəfindən ən azı mənəvi dəstəklə əhatə olunsalar, onlara daim diqqət, qayğı göstərilərsə, bu, həm qazilərimiz, həm onların valideynləri, həm də oddan-alovdan keçmiş igid oğullarımızı özlərinə örnək bilən gənclərimizi daha da ruhlandırar.

Sonda onu demək istəyirəm ki, bəstəkar və şairlərimizin yaradıcılığında qazilər haqqında mövzulara kifayət qədər rast gəlinmir. Doğrudur, meyxanaçılar, qeyri-peşəkarlar onların şəninə bir çox nümunələr ortaya qoyublar. Lakin onların layiq olduqları yüksək əxlaqi və iradi keyfiyyətlərə malik qazi obrazını biz ədəbiyyat və incəsənət xadimlərimizdən gözləyirik.

Bu günlərdə qazilərimizə və bütün xalqımıza təqdim edəcəyimiz “Qazilər haqqında ballada”da (musiqisi Azad Zahidin, sözləri Abdulla Qurbaninindir. İfa edir Cahangir Qurbanov və xor) səslənən bir neçə misra ilə fikir və düşüncələrimi tamamlayıram:

Dərə keçib, dağ aşıb,

Yağılarla savaşıb,

Savaş qeyrət savaşı,

Yol verin, qazi gəlir!

Xətrinə dəysən əyər,

Yaraları göynəyər.

Hərdən coşar, kükrəyər,

Yol verin, qazi gəlir!

Şirin dillə dindirin,

Qəlbini sevindirin,

Bir azca ovundurun,

Yol verin, qazi gəlir!

Qəlpə var sinəsində,

Atəş var nəfəsində,

Qarabağ cəbhəsindən

Gələnlərə yol verin!..

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşı çıxıb

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib