ABİDƏ-KOMPLEKSİ AÇILACAQ
Əli Bayramlının ümummilli lider Heydər Əliyevin adını daşıyan baş meydanında abidə-kompleksinin tikintisi başa çatdırılıb.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2 hektara yaxın sahəsi olan meydanın yuxarı tərəfində ulu öndərin əzəmətli abidəsi ucaldılıb. Sahədə qranit və ağ lay daşlar işlədilib, 4 fontan quraşdırılıb, 1000 kvadrat metr tamet plitələri düzülüb, gül kolları, bəzək ağacları əkilib, rəngarəng işıqlandırma vasitələri quraşdırılıb.Ümummilli lider Heydər Əliyev Muzeyi də abidə-kompleksinin tərkibindədir. Muzeyin müxtəlif bölmələrində ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlar vardır.
Şəhərdə abidə-kompleksinin açılış mərasiminə böyük həvəslə hazırlıq görülür.