ELM VƏ TƏHSİL
ABİTURİYENT İMTAHANA GƏLƏRKƏN MÜVAFİQ SƏNƏDLƏRİ ÖZÜ İLƏ GƏTİRMƏLİDİR
16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayanlara və xarici dövlətlərin vətəndaşlarına “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “Abituriyentin vəsiqəsi” də verilir.
Cari ilin məzunları orta və ya ali təhsili haqqında sənədlərini aldıqdan sonra həmin sənəddəki məlumatları internetdə elektron ərizələrinə daxil etməli və onlara “İmtahana buraxılış vərəqəsi” verilərkən müvafiq SQK-ya orta və ya ali təhsil haqqında sənədin əslini təqdim etməlidirlər.
Abituriyent imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir: imtahana buraxılış vərəqəsini; şəxsiyyəti təsdiq edən sənədin əslini: a) şəxsiyyət vəsiqəsini; b) 16 yaşı 2008-ci il iyunun 1-dək tamam olmayan şəxslər doğum haqqında şəhadətnaməni; c) xarici dövlətlərin vətəndaşları milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyat haqqında vəsiqəsini; ç) 16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan şəxslər və xarici dövlətlərin vətəndaşları “Abituriyentin vəsiqəsi”ni.