DÜNYA
ABŞ İNCİRLİK BAZASINDAN İSTİFADƏ ÜÇÜN TÜRKİYƏ İLƏ DANIŞIQLAR APARIR
AZƏRTAC-ın müxbiri Ankaradan xəbər verir ki, ABŞ İraqda yerləşdirdiyi hərbi kontingentinin rotasiyası üçün Hərbi Hava Qüvvələrinin İncirlikdəki aviasiya bazasından istifadə edilməsi haqqında Türkiyə ilə danışıqlar aparır.
ABŞ Müdafiə Nazirliyi İraqdakı 123 min əsgər və zabiti oradan çıxarmağı və onların yerinə yeni, 100 minlik hərbi kontingent göndərməyi planlaşdırır.
ABŞ hərbi komandanlığı İncirlik aviasiya bazasından son bir neçə ay ərzində müxtəlif məqsədlərlə fəal istifadə edir. Lakin hərbi kontingentin göndərilməsi üçün İkinci Dünya müharibəsindən sonra ən böyük əməliyyatı həyata keçirməkdən ötrü ayrıca saziş imzalamaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [12:55]
Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb
- 10.05.2024 [12:46]
Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb
- 10.05.2024 [12:33]
Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub
- 10.05.2024 [12:04]
Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib
- 10.05.2024 [11:55]
BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir
- 10.05.2024 [11:38]