DÜNYA
ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb
Bakı, 16 aprel, AZƏRTAC
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Hindistana səfərini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Dehlidəki səfirliyinin mətbuat xidməti məlumat yayıb. “Ceyk Sallivan Yaxın Şərqdə baş verən hadisələr səbəbindən bu həftə Hindistana planlaşdırılan səfərini təxirə salıb”, - deyə məlumatda bildirilir.
Səfirlik, eyni zamanda, ABŞ Prezidenti Cozef Baydenin QUAD (Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın daxil olduğu Təhlükəsizlik Dialoqu) görüşünü səbirsizliklə gözlədiyini vurğulayıb.
Xatırladaq ki, İsrail aviasiyasının İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hücumuna cavab olaraq Tehran aprelin 13-ü gecə saatlarında yəhudi dövlətinin ərazisini pilotsuz təyyarələr və raketlərlə atəşə tutub. Təl-Əviv isə öz növbəsində İsrailə doğru atılan 350-yə yaxın PUA və raketlərin 99 faizini zərərsizləşdirdiyini və “Nevatim” aviabazasına cüzi ziyan dəydiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]
Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb
- 30.04.2024 [14:55]