DÜNYA
ABŞ vətəndaşlarının bütün dünyadakı gəlirlərinə vergi dərəcələri tətbiq edilir
Bakı, 5 may, Ramiz Quliyev, AZƏRTAC
ABŞ-da rezident statusu daşıyan şəxslərin mühüm imtiyazları olmaqla yanaşı, onların həm də sadə olmayan vergi öhdəlikləri var. Məsələn, ABŞ vətəndaşlığı üçün vergi rezidentliyi hüququ verilir. Lakin burada vergi tutulması dünyanın əksər ölkələrinin ölçüləri ilə götürüldükdə, kifayət qədər sərt hesab edilir.
AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, ABŞ vətəndaşlarından vergi tutulması Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllədə yalnız ölkənin bütün vətəndaşlarının statusu deyil, həm də daimi rezidentlərinin - “green card” sahiblərinin statusu müəyyənləşdirilir. ABŞ vətəndaşları hətta uzun müddət başqa ölkələrdə yaşayıb işləsələr belə, Amerikaya vergi ödəməyə borcludurlar. Belə ki, vətəndaşların bütün dünyadakı gəlirlərinə ABŞ vergi dərəcələri tətbiq edilir.
Bundan əlavə, vətəndaş olmayan, lakin uzun müddət bu ölkədə işləyən şəxslər də ABŞ-da rezident və ya vergi ödəyicisi statusuna aid edilir.
Bu mexanizmin tətbiqi üçün fasiləsiz olaraq 3 il müddətində ABŞ-da qalmaq kifayət edir.