Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

ADPU ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərən ali təhsil ocağıdır

Bakı, 12 aprel, AZƏRTAC

Ötən əsrin 20-ci illərindən başlayaraq təkcə Azərbaycanın xalqının maariflənməsi, ölkəmizdə təhsil işinin təşkilində deyil, onun ictimai-siyasi həyatında, ədəbiyyat və mədəniyyətində danılmaz və özünəməxsus xidmətləri olan ali təhsil ocağının - Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ərəfəsindəyik. Universitet bu illər ərzində yalnız ölkəmizi deyil, tarixi Azərbaycan torpaqlarının ərazisində yaradılmış bugünkü Ermənistan dövlətini, habelə Gürcüstanı, Rusiya Federasiyasının Dağıstan Respublikasını və Orta Asiya ölkələrini də yüksəkixtisaslı müəllimlərlə təmin edib. Bu gün neofaşist təfəkkürlü erməni millətçiliyinin tarixi ərazilərindən ölüm qorxusu, silah gücünə deportasiya etdiyi yüz minlərlə soydaşımızın vaxtilə yaşadıqları geniş arealda azərbaycanlı məktəblərinin təşəkkül tapmasında universitetimizin yetişdirdiyi kadrların çox mühüm xidmətləri olub.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın bu təhsil ocağının 100 illik yubileyi münasibətilə yazdığı məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan Xalq Komissarları Sovetinin sədri, görkəmli ictimai-siyasi xadim, eyni zamanda, ədəbiyyat tariximizdə məxsusi iz qoymuş Nəriman Nərimanovun 1921-ci il avqust ayının 26-da imzaladığı dekretlə fəaliyyətə başlayan təhsil ocağı sonradan “Azərbaycanda pedaqoji kadrların hazırlanması prosesini yaxşılaşdırmaq və ali məktəblərdə vahid rəhbərliyi təmin etmək” məqsədi əsas tutularaq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Pedaqoji fakültəsi ilə birləşdirildi. Beləliklə, universitetimiz fəaliyyəti ərzində iki dəfə - 1927/29 və 1941/43-cü illərdə eyni taleyi yaşadı, lakin artıq formalaşmağa başlayan kadr potensialı ilə öz tarixi missiyasını davam etdirdi.

Ali məktəbimiz uzun müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutu, ötən əsrin 90-cı illərinin əvvəllərindən isə Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq tarixi vəzifəsini yüksək meyarlarla yerinə yetirib və bu gün də yerinə yetirməkdədir.

O faktı xatırladırıq ki, 1921-ci ildə 6 tələbə ilə fəaliyyətinə başlayan bu təhsil ocağı 1923/24-cü tədris ilində ilk məzunlarının buraxılışını edib, sonrakı illərdə isə müxtəlif ixtisaslar üzrə 150 mindən çox müəllim hazırlayıb.

Bu il universitetimizin 100 illiyi ölkə ictimaiyyəti üçün əlamətdar bir yubiley olaraq qeyd ediləcək. Bu, adicə bir təhsil müəssisənin tarixi deyil, onun məzunu olmuş 150 mindən çox insanın, öz həyatının mənasını cəmiyyət üçün layiqli, yüksək ixtisaslı peşəkar müəllim hazırlığına, elmin inkişafına həsr etmiş müəllimlərin, elmin müxtəlif sahələri üzrə məktəb yaratmış dəyərli insanlarımızın həyat yoluna yenidən düşəcək işıqdır. Möhtəşəm elm ocağının yubiley tədbirinə layiqli töhfələrini verən elm, sənət adamları, öz şəxsi həyatı ilə nümunə olan insanlarımız çoxdur və həmin insanları minnətdarlıq duyğuları ilə qeyd etməyi vacib sayırıq ki, onların bir hissəsi nəinki universitetimizin, həmçinin ölkəmizin ali təhsil və elm ocaqları arasında ənənələri ilə seçilən ADPU Filologiya fakültəsinin yaradılmasında xüsusi xidmətlər göstərmiş elm və təhsil xadimlərimiz olub.

Xatırladaq ki, filologiya ədəbiyyat və dildə gedən müasir proseslərlə bərabər, onların tarixini öyrənən humanitar elmdir: mətn vasitəsilə mədəniyyəti öyrənən linqvistika, ədəbiyyat, mətnşünaslıq elmlərinin məcmu adı kimi qəbul edilir və onun tarixini renessans dövrü ilə bağlayırlar. “Filologiya” sözü isə qədim yunan dilindən dünya dillərinin əksəriyyətinin leksikasına çoxdan daxil olan mürəkkəb sözdür: yunanca sevgi mənasını verən “filiya” və “söz” anlamını verən “loqos” sözlərinin birləşmələrindən yaranıb. Filologiya qədim yunan dilindən dünyanın müxtəlif dillərinə tərcümədə “söz sevən” kimi tərcümə edilir, elm kimi istiqaməti isə “xalqın dil və ədəbiyyatla ehtiva olunan mədəniyyətini” öyrənməkdir.

Filologiya özündə bir sıra müstəqil elmləri - ədəbiyyatşünaslıq, etnoqrafiya, folklorşünaslıq və dilçilik elmlərini birləşdirir. Filoloq ixtisasına hərtərəfli baxış zamanı nələri görmək mümkündür?

Filoloq mütəxəssis kimi dilin və yaxud dillərin tarixini, quruluşunu öyrənir, həmçinin filoloq ədəbi abidələrin, mətnlərin təhlili ilə məşğul olur. Bir sözlə, filoloqların olduqca geniş fəaliyyət sahələri var.

Onu da qeyd edək ki, filoloqlar, geniş mənada, yalnız öz sahəsinin yaradıcı insanı deyil, o həm də yaxşı jurnalist, uğurlu tərcüməçi, tənqidçi, redaktor və ssenaristdir.

Azərbaycan filoloqları dilimizin tarixini, ədəbi dilin gözəlliyi və zənginliyini, xalqımızın mədəniyyətini dil vasitəsilə qoruyub saxlayırlar. Bu mütəxəssislər, eyni zamanda, gənc nəslin dilimizə, ədəbiyyatımıza, tariximizə hörmətlə yanaşmasını, onu sevməsini, göz bəbəyi kimi qorumasını, yad sözlərin dilimizə yerli-yersiz daxil olmasının qarşısının alınması yollarını öyrədirlər. Buna görədir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ilk yaranan fakültələrindən birinin Filologiya fakültəsinin olması tamamilə təbii idi. O da təsadüfi deyil ki, fakültənin təşkili işi, Krımda doğulsa da ömrünün böyük hissəsini Azərbaycanda filologiya elminə həsr etmiş ədəbiyyatşünas, türkşünas, dil və mətnşünas, filologiya elmləri doktoru, 1922-ci ildə professor seçilmiş Bəkir Çobanzadəyə həvalə olundu. Cəmi 27 yaşında filologiya elmləri doktorluğunu müdafiə etmiş Bəkir Çobanzadə professor seçilərkən 29 yaşında idi və böyük təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq bu iş ona tapşırıldı. B.Çobanzadə Azərbaycan İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlunun ölkədə keçirilməsi planlaşdırılan əlifba islahatını təşkil etmək üçün dəvət edilmişdi. Bakıya gələn alim Əlifba Komitəsinin sədri olaraq tarixən, üzü Məhəmməd Füzulidən bəri, Azərbaycan ziyalıları üçün “bir nöqtə xətasıyla gözü kor” edən ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçidi təmin etdi, yeni yaradılan əlifbanın əsas yaradıcılarından biri oldu. Sonralar onun Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinə sədr təyin edilməsi məhz o uğurların nəticəsi idi. Şərqi türk xalqlarının bədii ədəbiyyatının, ədəbi prosesin nəzəri problemlərinin tədqiqində və dil tarixinin yaranmasında müstəsna xidmətləri olan Bəkir Çobanzadə Azərbaycan Dövlət Universitetində Filologiya fakültəsini təşkil edəndə nəinki ozamankı SSRİ-də, həmçinin türk xalqlarınn yayıldığı geniş bir arealda nüfuzlu elm adamı, yüksək səviyyəli təhsil təşkilatçısı kimi qəbul edilirdi. Təsadüfi deyil ki, o, filologiya üzrə SSRİ Elmlər Akademiyası Zaqafqaziya şöbəsinin, daha sonra isə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının həqiqi üzvü seçilən ilk alim idi. Onun 1920-ci illərdə Bakıda nəşr edilən “Türk dili və ədəbiyyatının tədris üsulu”, “Türk qrameri”, “Türk dili hərflərinin ümumi qüsurları”, “Türk-tatar lisaniyyatına mədxəl” və digər fundamental baxışlarının əks olunduğu kitabları filologiya məsələlərinə dair ilk mənbə idi və indi də alimlərimiz üçün dəyərlidir.

Bəkir Çobanzadənin təşkilatçılığı ilə yaradılan Filologiya fakültəsi qısa zamanda nəinki sahə üzrə yüksəkixtisaslı müəllim hazırlığında ali məktəblər sırasında fərqləndi, həmçinin filologiya üzrə elmi axtarışların mükəmməl laboratoriyasına çevrilmək yoluna qədəm qoydu. Ona görədir ki, universitetimizin Filologiya fakültəsini həm də “Bəkir Çobanzadə məktəbi” adlandırmaq bu fakültənin tarixi ilə bağlı olan hər kəs üçün qürurvericidir. Həmin məktəbin ən görkəmli nümayəndələrindən biri, Bəkir Çobanzadənin elmi araşdırmalarının davamçısı olan filologiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əbdüləzəl Dəmirçizadənin də dekan olduğu Filologiya fakültəsi ozamankı Azərbaycan Dövlət Pedaqoji İnstitutunda beşillik təhsilə keçilməsi ilə əlaqədar aparılan struktur dəyişiklikləri nəticəsində təşkil edilən Tarix və dil-ədəbiyyat fakültəsinin tərkibində fəaliyyət göstərib, 7-8 ildən sonra isə müstəqil fakültə olaraq işini davam etdirib.

Fəaliyyəti ərzində Filologiya fakültəsində təşkil olunan kafedralar tədrisin günün tələbləri səviyyəsində olmasının qayğısına qalmaqla bərabər, elmi axtarışların sistemli və məhsuldar nəticələrini qazanıblar. Fakültə dekanlığı tərəfindən koordinasiya edilərək qazanılan uğurlarda əməyi olmuş insanlarımızı və onların böyük zəhmətlərini yada salaraq qeyd edirik ki, fakültədə kimin dekan olmasından asılı olmayaraq Bəkir Çobanzadənin yaratdığı ənənələr yaşayır və inkişaf etdirilir.

Müxtəlif illərdə Filologiya fakültəsinə dekan vəzifəsinə tanınmış alimlər seçiliblər. Tarix-filologiya fakültəsi 1964-1965-ci tədris ilindən yenidən ayrılıb. Filologiya fakültəsinin dekanları sırasında professorlar Afad Qurbanovun, Paşa Əfəndiyevin, Qəzənfər Kazımovun və digər görkəmli alimlərin adlarını qeyd etmək olar.

Sözün həqiqi mənasında, Filologiya fakültəsini xalqımızın milli sərvətinin tərkib hissəsi adlandırmaq olar. Odur ki, fakültədə xalqımızın mənəviyyatına, mədəniyyətinə, dilinə, ədəbiyyatına xidmət edən alimlərin, şair və yazıçıların yubileyləri (Mirzə Fətəli Axundzadənin, Mirzə İbrahimovun, Rəsul Rzanın, Əlibala Hacızadənin, Fikrət Qocanın, Nəriman Həsənzadənin, Anarın və s.) necə keçirilibsə, indi də Cəlil Məmmədquluzadənin, Mikayıl Müşfiqin, Cəfər Cabbarlının, Əbdürrəhim bəy Haqverdiyevin və digərlərinin yubileyləri başqa bir yöndə, tərzdə keçirilir, onların nümunə olduğu tələbələrin nəzərinə çatdırılır, onlar gənc nəslə tanıtdırılır.

Filologiya fakültəsi şərəfli bir yol keçib, həmişə öz məzunları ilə fəxr edib. Vaxtilə bu fakültədə təhsil almış yüzlərlə tələbə öz əməli fəaliyyətləri ilə universitetimizə şərəf gətirib. Xalq şairləri Məmməd Rahim, Mirvari Dilbazi, professorlar Cəfər Xəndan, Osman Sarıvəlli, Məmməd Cəfər, Məmmədhüseyn Təhmasib, Mir Cəlal Paşayev, Şıxəli Qurbanov, xalq yazıçıları Süleyman Rəhimov, İsmayıl Şıxlı, akademik Məmməd Arif Dadaşzadə, şairlər İlyas Tapdıq, Tofiq Bayram, Məmməd Aslan, Məstan Əliyev, Kələntər Kələntərov, yazıçı Sabir Əhmədov Böyük Vətən müharibəsi zamanı rəşadət göstərən Mehdi Hüseynzadə və digərləri fakültəmizin şöhrət simvoludurlar.

Bu gün başqa cür olmağa haqqımız yoxdur. Bu qədər şanlı keçmişi, tarixi ənənələri olan fakültəmizin gördüyü işləri, nəşr etdirdiyi kitabları vərəqlədikcə sizi heyrət bürüyəcək. Köklərin üstündəki gövdə də möhkəmdir, budaqlar da çoxşaxəlidir, yarpaqlar da yamyaşıldır. Ənənələri qorumaq, müasir təhsilə verilən tələblər səviyyəsində işi qurmaq, müasir gəncliyin elmə, ədəbiyyata marağını artırmaq üçün var qüvvəsini əsirgəməyən professorlar, dosentlər, baş müəllim və müəllimlər eyni amal, eyni ideya ətrafında birləşərək dövlətimizə, dövlətçiliyimizə xidmət edirlər. Fakültənin strukturuna Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi texnologiyası, Ədəbiyyat, Ədəbiyyatın tədrisi texnologiyası fakültələri, Xarici Dillər Mərkəzi daxildir. Filologiya fakültəsi var qüvvəsi ilə respublikamızın inkişafı üçün çalışır. Çalışır ki, layiqli kadrlar yetirsin. Buna isə gücümüz yetər.

Eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə bir çox töhfələr verəcəyimizə də əminliyimiz var. Bu bizik, çiyinlərində tarixi ənənələr yükü gəzdirərək, o ənənələri zənginləşdirərək yaşatmaq missiyası olan Filologiya fakültəsi!

Biz - fakültəmizin bugünkü tarixini yazan insanları, keçmişimizə arxalanaraq irəliyə ümidlə baxırıq. Alimlərimizin, peşəkar kadrlarımızın istəyi istər pedaqoji fəaliyyət, istərsə də elmi axtarışlar sahəsində universitetimizin avanqard fakültəsi sayılan Filologiya fakültəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkib hissəsidir və universitetimizin 100 illik yubileyi ilə bağlı yubiley tədbirlərinə əllərindən gələn töhfələri verməyə hazırdır. Bu isə onların fəaliyyətində aydın görünür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar