Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Ağacoymanın möcüzələri

Bakı, 19 may, AZƏRTAC

Sənət aləmində baş tutan çağdaş bədii proseslərin duyulası dərəcədə mürəkkəbləşdirilmiş rəmzlərlə dolu bugünkü xaotik axarında bəzən elə bir sadə və cazibədar bədii qaynaq tapılır ki, özünün ovsunlayıcı məziyyətlərinə görə tamaşaçısını heyrət və düşüncələr burulğanına sala bilir.

Yaradıcılığı son bir qərinəni əhatə edən Seyfəddin Mənsimoğlunun (Məmmədvəliyev) təxəyyülünün nəticəsi olan ağacoyma işləri məhz belə sənət nümunələrindəndir. Özündə ağacoyma ilə xəttatlığı birləşdirən bu nümunələr zaman çərçivəsinə sığışmayan sənət möcüzələridir, desək yanılmarıq. İndiki milli sənət sahələrinə marağın azaldığı bir zamanda onun “El sənəti - el şöhrətidir” deyimini təsdiqləyən əsərlərinin bədii-estetik məziyyətləri haqqında danışmazdan əvvəl bir daha ağacoymanın xalqımızın həyatında tutduğu yerdən söz açmağa ehtiyac duyuruq...

Əgər ağacoymanın keçmişindən bu günə qədər davam edən bədii-texniki evolyusiyasını dəyərləndirməli olsaq, onda etiraf etməliyik ki, çox vaxt dekorativ-tətbiqi sənətin bir çox sahələrində olduğu kimi, ağacoymada da yeni söz demək, onun məlum bədii şərh xəzinəsinə nə isə əlavə etmək çox çətindir. Bununla belə Seyfəddin Mənsimoğlu yaratdığı yeni və orijinal biçimli nümunələrlə bu fikri alt-üst etdi. Bunu şərtləndirən əsas səbəb onun ağacoymanın ənənəviləşən forma-biçimini və məna-məzmun tutumunu yeni bədii-texniki məziyyətlərlə zənginləşdirməsi, başqa sözlə desək, novatorluq nümayiş etdirməsi oldu.

Bu yerdə əlavə edək ki, onun ağacoymaya qəfil sevgisi çoxlarında bir qədər inamsızlıq yaratmışdı. Belələrini başa düşmək də çətin deyildi. Doğrudan da bir vaxtlar məşhur “Əzimzadə məktəbi”ndə oxuyan, sonra ali məktəbdə teatrşünaslıq ixtisası üzrə təhsil alan və ardınca dünyamıza obyektivin gözü ilə baxmağa öyrənmiş adamı əli iti bıçaqlı, ağac parçaları ilə baş-başa vəziyyətdə təsəvvür etmək çox çətin idi. Ancaq bu vaxta qədər gözəllik duyumunu rənglərlə ifadəyə üstünlük verən Seyfəddin üçün yeni başlanğıc, bu qəfil seçim təsadüfi deyildi. Belə ki, bunun arxasında sənət seçimi üçün vacib olan keyfiyyətlər - heyrət, məhəbbət, adilikdəki gözəlliyi görüb-duymaq, onu başqaları üçün də aşkarlamaq istəyi vardı. Ona görə də ağacoymada kifayət qədər “gənc” olan Seyfəddin Mənsimoğlu sənətkarlıq baxımından çox tez kamilləşdi, məna-məzmun baxımından isə daha da müdrikləşdi...

Seyfəddin Mənsimoğlunun bir qərinəlik yaradıcılıq yolunun başlanğıcı 1981-ci ilə təsadüf edir. Məhz həmin ildə o, ilk dəfə “Rəsmi türk ədəbiyyatı” kitabında xəttatlıq nümunələrinin sənətkar əlində hansı ecazkar görkəm aldığını görəndən sonra onda kağız üzərində olan və nəbati naxışları andıran bu ritmik xətt nümunələrini ağac üzərinə köçürmək istəyi yaranıb. Başlanğıc günü o, bu kitabda gözəl nəstəliq xətlə yazılmış və “Qurani-Kərim”dən götürülmüş “Va Huva bikulli şeyin alim” (“O, hər şeydən xəbərdardır”) kəlamını seçib. Bir neçə ay ərzində o, bu kəlamı qoz ağacından hazırlanmış lövhə (plaket) üzərində oyaraq, gözəlliyi ilə insanı valeh edən simmetrik bir kompozisiya yaratmışdır. Belə ki, kompozisiyanın sağ tərəfini kəlamın ustalıqla yazılmış və ona ayrılan sahədə zərgər dəqiqliyi ilə yerləşdirilmiş orijinal-əsli, sol tərəfini isə onun tərsinə yazılmış güzgü əksi təşkil edir. İlk dəfə ictimailəşən bu əsər tamaşaçılar və sənət xiridarları tərəfindən böyük maraqla qarşılandı və Seyfəddin Mənsimoğlu haqqında orijinal bir janrın yaradıcısı kimi yüksək fikir söylədilər.

İlk uğur bu sahədə böyük təcrübəsi olmayan Seyfəddin Mənsimoğlunun mənəvi dəstəyi oldu və onu yeni yaradıcılıq axtarışlara həvəsləndirdi. İlk nümunənin ardınca onun XVI əsrin görkəmli miniatürçü rəssamı Sultan Məhəmmədə, Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəviyə, Xaqani Şirvaniyə, Məhsəti Gəncəviyə, İmadəddin Nəsimiyə və Məhəmməd Füzuliyə, eləcə də müdriklər müdriki Dədə Qorquda, astronom Nəsrəddin Tusiyə, bəstəkar Üzeyir Hacıbəyliyə, şair Əlişir Nəvaiyə, Babur şaha, “Molla Nəsrəddin” Mirzə Cəlilə, repressiya qurbanı Hüseyn Cavidə, Aşıq Qurbaniyə, Şəms Təbrizi və Cəlaləddin Rumiyə, Şah İsmayıl Xətaiyə həsr etdiyi ağac lövhələr yaranmışdır.

Ağacoyma sahəsində yaradıcılığa dini kəlamın yazılışı ilə başlayan Seyfəddin Mənsimoğlu bütün yaradıcılığı boyu dəfələrlə “Qurani-Kərim”dən götürülmüş müqəddəs kəlamlara bədii görüntü vermişdir. Ürəyinin çağırışı ilə həm də müqəddəs Həcc ziyarətində olan ustadın “Bismillahir-Rəhmanir-Rəhim” (altı əsər), “Allah” (altı əsər), “Məhəmməd (s.ə.s.) Allahın rəsuludur”, “Qurani-Kərim”dən ayələr” (dörd əsər), “İxlas surəsi” və s. əsərləri bunun təsdiqidir. Etiraf edək ki, ustad məhz dini məzmunlu işlərində kəlamların tutumuna müvafiq qeyri-adi, şaşırdıcı incəlik nümunəsi sərgiləməyə nail olmuşdur. Doğrudan da belə işləri görəndə bir daha inanırsan ki, axıcı ritmli, dərinliyi ilə özünün işıq kölgəsini, təzadlı görüntüsünü yaradan bu ağac lövhələr dəmirlə yox, qəlbin istisi və sevgisi ilə kəsilib, bədii görkəm alıb. Bunun həqiqət olmasını isə həmin əsərlərin tamaşaçı ağlını ovsunlaması şərtləndirir...

Bütün yaradıcılığı boyu o, demək olar ki, əksər ağac növlərini “sınağa” çəkib. Qırmızı ağac, fıstıq və qoz ağaclarında düşündüklərini ifadə etməyə nail olub. Əlavə edək ki, ağaclarda maddiləşən bu ecazkar yazıların kağız üzərində ilkin variantlarının yaranmasında tanınmış xəttat Müzafəddin Əzizov ustad Seyfəddinə yardımçı olub.

Seyfəddin Mənsimoğlunun adlarını çəkdiyimiz əsərlərində görkəmli şəxsiyyətlərin təkcə adları deyil, eyni zamanda, onların yaradıcılıq aləmi ilə səsləşən elementlər və rəmzlər, eləcə də müxtəlif atributlar da verilir ki, bu da oyma nümunəsini daha da dolğunlaşdırır. Bu məsələdə rəssamlıq təhsili alması onun çox köməyinə çatır. Mübaliğəsiz demək olar ki, təsvirlə yazının qovşağı olan bu işlər heyrətamiz zərifliyi, gözoxşayan axıcı ritmi, özünəməxsus ifadə tərzi ilə seçilir...

Onun “Dədə Qorqud” əsərinin kompozisiyasını yazı ilə təsvirin uğurlu vəhdəti təşkil edir. Qoz ağacından hazırlanmış çevrə formasının mərkəzini yazı təşkil edir. Onun sağ yarısında nəfis xətlə yazılmış “Dədə Qorqud” sözü sol tərəfdə də güzgü əksində də təkrarlanmışdır. Bu yazılar mərkəzdə görüntüyə gətirilmiş qopuzu əhatələyir. Kompozisiya çevrə formasının üzərindəki on üç medalyon-təsvirlə tamamlanır. Belə ki, onların mərkəzini Dədə Qorqudun, ətrafını isə eposu təşkil edən on iki boyun qəhrəmanlarının görüntüləri təşkil edir. Medalyonların arasındakı sahələrin döymə üsulu ilə işlənməsi təsvirlərin qabarıqlığını şərtləndirmişdir, desək, yanılmarıq...

Ustadın görkəmli şairə Məhsəti Gəncəviyə həsr etdiyi kompozisiya belə nümunələrdəndir. Qoz ağacından hazırlanmış “Gəncəvi” sözü musiqi aləti udun üzərində, “Məhsəti” sözü isə aşağı hissəsində yarımdairəvi formada yazılıb. Udun yuxarı uzanan qolunun sol tərəfində Məhsətinin, sağ tərəfində isə həyat yoldaşı Əmir Əhmədin qabartma üsulu ilə işlənmiş portreti işlənmişdir. Kompozisiyanın həm də haşiyəsini təşkil edən bir qədər hündür ellipsvari formanın üzərində isə şairənin məşhur rübailərindən biri həkk olunub...

O, dahi şairimiz Məhəmməd Füzuliyə formaca bir-birindən fərqli beş əsər həsr edib. Bu kompozisiyalarda həm şairin adından, portretindən və heyvan təsvirlərindən, eləcə də onun dərin məzmunlu kəlamlarından geniş istifadə olunub, son nəticədə çox dəyərli sənət əsərləri yaranıb...

XII əsrdə yaşamış Əcəmi Naxçıvaniyə həsr olunmuş əsərin ümumi formasını dahi memarın şah əsərlərindən olan onüzlü Mömünəxatun türbəsinə yuxarı hissədən baxış təşkil edir. Başqa sözlə desək, güzgülü formada yazılmış “Əcəmi Naxçıvani” sözünü məhz bu çoxüzlü forma əhatələndirir. Kənar hissələrdə isə qurub-yaratmağı təqdir edən bayatı yazılmışdır...

Ustadın Mövlanə Cəlaləddin Rumi ünvanlı əsəri də maraqlı bədii həllə malikdir. Belə ki, kompozisiya təkcə ellips şəkilli formanın daxilində dahi filosofun adının tuğra şəklində yazılması ilə məhdudlaşmır. Bunu üzərində “Yallı” oynayanların siluetləri əks olunmuş ellipsin iç xəttinin hər iki tərəfdən çevrə əmələ gətirməsi şərtləndirir. Elə əsərin əsas məna-məzmun tutumu da məhz bu sahədə gerçəkləşdirilmişdir. Bunu çevrənin sağ tərəfində mövlanənin portretinin və məqbərənin, sol tərəfində isə ney çalan musiqiçinin təsvirləri əyaniləşdirir...

Dahi miniatürçü Sultan Məhəmmədə həsr olunmuş kompozisiya da formaca maraq doğurur. Belə ki, günbəzvari qoz ağacı üzərində bir neçə dəfə təkrarlanan “Sultan Məhəmməd” sözləri aşağıdan başlayaraq zirvəyə doğru yüksələrək bir nöqtədə birləşir. Yazı arasındakı sahələri rəssamın işlərinin döymə üsulu ilə təqdim olunmuş fraqmentləri tamamlayır. Bu əsər Almaniyanın paytaxtı Berlində İslam Mədəniyyəti Muzeyinin Azərbaycan bölməsində saxlanılır...

Ustad bir çox əsərlərində ağacoymanın bədii-texniki imkanlarını genişləndirməyə də nail olmuşdur. Onun yazı nümunəsini avarlı qayığa bənzətməsi və bəzək elementləri ilə əhatələndirməsi, Şah İsmayıl Xətai dünyasını açıq vərəq üzərində portreti və qılınc-qələmlə təqdim etməsi, doğrudan da, çox təsirli və bədii məziyyətlərlə zəngin ağac görüntüləridir...

Yüksək zövq və duyulası incəliklə işlənmiş həmin lövhələri (plaket) qədim Azərbaycan xəttatlığının ecazkarlığını, müəllifin qeyri-adi duyumunu və sənətkarlığını əyaniləşdirən bitkin sənət əsərləri hesab etmək olar. Onların forma-biçimi və ölçüləri o qədər uğurludur ki, onlar təkcə muzey ekspozisiyalarında deyil, həm də ictimai binaların və mənzillərin interyerində də maraqla baxılır.

Ustadın hazırladığı bir neçə rəhil isə ilk növbədə, konstruksiyalarının orijinallığı və naxış elementlərinin incəliyi ilə göz oxşayır. Rəhillərin birinin üzərinə kitab qoyulanda çevrəvari konstruksiya sayəsində ağırlıqdan onun istiqaməti aşağıya doğru dəyişir və nəticədə onun maili vəziyyət almasına görə masa arxasında oturmaqla da, kitabı oxumaq olur. Ustad Seyfəddinin yaratdığı təxəyyülünün nəticəsi olan belə rəhillərdən biri hazırda Berlin İslam Muzeyinin Azərbaycan bölməsində, digəri isə Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılır...

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan S.Mənsimoğlunun sənətkarlığını mütəxəssislər çox yüksək qiymətləndiriblər. O, dəfələrlə müxtəlif müsabiqələrin qalibi olub, əsərləri sərgilərdə müvəffəqiyyətlə nümayiş etdirilib. Bütün bunlar onun sənətinə və təmsil etdiyi xalqa həm də beynəlxalq şöhrət gətirib. Bu gün onun əsərlərinin Bakı, İstanbul, Berlin muzeylərində və neçə-neçə şəxsi kolleksiyalarda saxlanılması da bunun təsdiqidir.

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Azərbaycana gələn xarici turistlərin sayı 36 faiz artıb

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləşmob hazırlanıb VİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

YAP Sədrinin müavini: Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək

Tahir Budaqov: Müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır

Federasiya prezidenti: Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı istiqamətində gördüyü işlər bu gün öz bəhrəsini verir

Azərbaycan Prezidenti: Türk Dövlətləri Təşkilatı ölkələrinin siyasi partiyalarının əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır

Şuşanın dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən bu günədək 18-i bərpa edilib

Prezident İlham Əliyev: Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin münasibətləri sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir

Nailə Əliyeva: Blogerlərin insanlara və ölkəyə daha çox fayda vermələrini istərdim

“Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

Avro-2024: Bu gün daha üç oyun baş tutacaq

Şuşada TDT-nin yeni strateji hədəfləri ilə bağlı beynəlxalq konfrans keçirilir

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Roma Papası süni intellektlə bağlı xəbərdarlıq edib

ABŞ isveçli neofaşistləri qara siyahıya salıb

Milli Qurtuluş Günündən başlayan Zəfər tariximiz

Kanada təbiətə görə məsuliyyət haqqında qanun layihəsini qəbul edən ilk ölkələrdəndir

Nəqliyyat Nazirliyi: Türkiyə dəniz daşımalarının həcmini genişləndirmək üçün səylərini artırır

“Coca-Cola” Rusiyada ticarət nişanlarını qeydiyyata alır

Əfsanəvi voleybolçu İnna Rıskalın 80 illik yubileyi keçirilib VİDEO

Macarıstan NATO-nun Ukraynadakı missiyalarında iştirak etməyəcək

Daha 254 müdafiəçinin meyitləri Ukraynaya qaytarılıb

Türkiyə Prezidenti İtaliyada keçirilən G7 sammitində iştirak edir

"Azərbaycanım" Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları ilə görüş olub

Füzulidə Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Avro-2024: Almaniya millisi açılış oyununda Şotlandiyaya böyük hesabla qalib gəlib - YENİLƏNİB 7

Xərçəngə görə müalicə alan Keyt Middlton səhhəti ilə bağlı açıqlama yayıb

Gəncədə Mir Cəlal irsinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib

Naxçıvanda çimərlik mövsümü açıq elan edilib

Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb, heyət xilas edilib

Azərbaycan karateçisi beynəlxalq multiidman turnirində qızıl medal qazanıb

Əcnəbi Diplomatlar üçün “Xarici Siyasət Proqramı” yekunlaşıb

Salyanda yol qəzası olub, yaralılar var

"Borussiya Dortmund" türkiyəli mütəxəssisə tapşırılıb

Azərbaycanlı yazar Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

İllər sonra Laçın şəhərində son zəng sevinci

Yağışdan sonra Kürdəmirdə avtomobillərin hərəkəti çətinləşib