REGİONLAR
Ağdam sakini: 28 il əvvəlki Ağdamdan əsər-əlamət yoxdur
Ağdam, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam mənim üçüm ən əziz, ən müqəddəs yerdir. Bu əziz yerə gəldiyim üçün sevinirəm. Amma nə qədər sevinsəm də, burada gördüklərim qəlbimi ağrıtdı. Çünki 28 il əvvəlki Ağdamdan əsər-əlamət yoxdur.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Ağdam rayon sakini Sabir Məmmədov deyib. O, erməni vəhşiliklərindən nə qədər sarsılsa da, Vətənimizə vurulan yaraların tezliklə sağalacağına, Ağdamın yenidən qurulub abad şəhərə çevriləcəyinə inamını ifadə edib: “Ağdam gözəl, inkişaf etmiş şəhər idi, amma yerlə-yeksan olub, “ruhlar şəhəri”nə çevrilib. Ağdamı belə görmək çox ağırdır. Ancaq əsas odur ki, doğma yurdumuz işğaldan azad edilib. Mən buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdaram. Mən Şahbulaq qalasında oldum. Bura mənim doğma kəndimin ərazisidir. Dağılsa da, bərbad hala düşsə də, artıq mən bu torpaqdayam. İnanıram ki, Ağdam öz əvvəlki axarlı-baharlı, abad, çiçəkli vaxtına qayıdacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]