DÜNYA
Alimlər pis xatirələri yaddaşdan silməyi öyrənmişlər
Bakı, 9 aprel (AZƏRTAC). ABŞ neyrobioloqları yeni təcrübənin formalaşmasına cavabdeh gen aşkar etmişlər. Alimlər bu genin köməyi ilə insan beynində xatirələrin toplandığı sahəni tapa biləcəklər. Bu, həm də psixoloji problemləri aradan qaldırmağa, yeni, çox səmərəli təhsil texnologiyaları yaratmağa imkan verəcəkdir.
Amerikalılar, həqiqətən, inqilabi kəşf etmişlər. Onlar heyvanların beynindən xoşagəlməz xatirələri süni surətdə silməyi öyrənmişlər. Bu kəşfin köməyi ilə insanın yaddaşını artırmaq mümkündürmü? Kaliforniyadakı Mark Meyford laboratoriyasının alimi sintetik yaddaş yaratmışdır.
Yalnız heyvanlar üzərində aparılan bütün bu sınaqlar insanlar üzərində aparılmayacaqdır. Bu sınaqlar insan idrakını anlamağa və bu metodlarla insanlara kömək etməyin mümkünlüyünü anlamaq üçün lazımdır.
Əslində insan yaddaşının imkanları çox böyükdür. Kitab çapının hələ inkişaf etmədiyi orta əsrlərdə yadda saxlamaq üçün xüsusi metodlar mövcud idi. İnsanlar kitablardakı yazıları əzbərləyirdilər və gözəl yaddaşa malik idilər. Lakin biz xarici informasiya mənbələrinə keçən kimi beyin yığılır və bir çox strukturlar morfoloji cəhətdən kiçilir. Alimlərin fikrincə təcrübəsiz yaddaş uydurmadır.