MƏDƏNİYYƏT
Almaniya “Eurovision-2015” mahnı müsabiqəsi üzrə təmsilçisini gələn il seçəcək
Bakı, 9 sentyabr (AZƏRTAC). Almaniyanın NDR yayım şurası Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsi üzrə milli seçimini gələn il fevralın 19-da keçirəcəyini bildirib.
AZƏRTAC mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, Almaniyanın milli seçimində iştirak arzusunda olanlar solo və ya ansambl formasından asılı olmayaraq ifalarını www.Unser-song-fuer-oesterreich.de saytına yükləyə bilərlər.
Milli seçimdə iştirak edəcək ifaçıların adları gələn ilin yanvarında bəlli olacaq. Fevralın 19-da keçiriləcək turdan 10 nəfər milli seçimin martın 5-nə planlaşdırılan final mərhələsinə vəsiqə qazanacaq.
“Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]