Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır.

Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam.

Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

 

Olaf Şolts

Almaniya Federativ Respublikasının Kansleri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin