İDMAN
ALMANİYA KOMANDASI VOLEYBOL ÜZRƏ OLİMPİYA LİSENZİYASININ SAHİBİ OLDU
Yanvarın 10-da Bakıda İdman-Konsert Kompleksində qadınlar arasında voleybol üzrə olimpiya lisenziya turnirində Türkiyə və Almaniya yığma komandaları arasında final görüşü keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban xanım Əliyeva final oyununa baxmışlar.
Gah bu, gah da digər komandanın üstünlüyü ilə keçən ilk iki hissə Almaniya yığma komandasının qələbəsi ilə başa çatdı. Üçüncü hissədə Türkiyə voleybolçuları hesabda olan böyük fərqi azaltmağa cəhd göstərsələr də, görüşün lap əvvəlindən yüksək oyun səviyyəsi nümayiş etdirən Almaniya yığması rəqiblərinə 3:0 hesabı ilə qalib gələrək, olimpiya lisenziyasının sahibi oldu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2024 [23:30]
Avropa çempionatları tarixində ən erkən qol vurulub
- 15.06.2024 [22:02]
“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib
- 15.06.2024 [20:57]
“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb
- 15.06.2024 [20:02]
“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb
- 15.06.2024 [19:00]
“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib
- 15.06.2024 [16:51]
“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb
- 15.06.2024 [14:22]
Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub
- 15.06.2024 [14:03]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb
- 15.06.2024 [13:13]