DÜNYA
ALMANİYADA QATAR GECİKMƏLƏRİNDƏNZƏRƏRÇƏKƏN SƏRNİŞİNLƏRƏ VERİLƏNKOMPENSASİYANIN MİQDARI ARTIRILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya Dövlət Dəmir Yolları Birliyi – “Deutsche Bahn” sərnişin daşımalarına qoyulan verginin məcburən artırılmasından narahat olan sərnişinlərin nəzərinə çatdırır ki, bahalaşmanın müqablində “Kompensasiya ödənişinin stimullaşdırılması və artırılması haqqında” yeni səmərələşdirici qanun layihəsi hazırlamış və hökumətin təsdiqinə təqdim etmişdir. Nazirlər kabineti “Deutsche Bahn”ın təşəbbüsünü bəyənmiş, sənədi təsdiq etmiş və icra edilməsi barədə sərəncam vermişdir.
Bu barədə məlumat dərc edən “Berliner Zeitung” qəzeti xatırladır ki, indiyə qədər qatar gecikmələrinə görə hər bir sərnişinə biletin dəyərinin 20 faizi qaytarılırdı. Yeni qanuna uyğun olaraq, qatar gecikmələrindən zərər çəkən hər bir sərnişinə bu ödənişin miqdarı daha da dəqiqləşdirilmişdir. Belə ki, mənzil başına 30 dəqiqədən artıq müddətə gecikən şərnişinlərə biletin qiymətinin 30 faizi, 60 dəqiqə gecikməyə görə 60 faizi və 90 dəqiqə gecikmə müqabilində biletin dəyərinin 90 faizi kompensasiya şəklində qaytarılacaqdır.