Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib

Berlin, 26 fevral, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyi və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda doqquzuncu simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlki illərdə bir qayda olaraq Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində keçirilən simpozium bu dəfə pandemiya ilə əlaqədar onlayn formatda baş tutub.

Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer simpoziumu giriş sözü ilə açaraq, Xocalı qətliamı və 44 günlük müharibə, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin müxtəlif aspektlərinə toxunub.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək, Xocalı soyqırımı haqqında ətraflı danışıb, hadisələrə beynəlxalq hüquq və aidiyyəti təşkilatların sənədlərinə əsasən qiymət verib, bu cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayıb. Bildirib ki, Xocalı soyqırımından 29 il keçməsinə baxmayaraq, Ermənistan nəinki bu cinayətin səbəbkarlarını cəzalandırmayıb, Azərbaycan xalqı ilə barışıq üçün heç bir addım atmayıb, əksinə, Xocalı cinayətkarlarına Ermənistanda yüksək vəzifələr verilib. Səfir qeyd edib ki, dünyanın Ermənistanın beynəlxalq hüququ pozmasına və insanlığa qarşı törətdiyi cinayətlərə göz yumması cinayətkar ölkənin rəhbərliyinin daha da azğınlaşmasına, nəticədə Nikol Paşinyanın rəhbərliyi altında hazırkı hökumətin ölkəmizə qarşı daha təcavüzkar və populist davranmasına həvəsləndirib, bu isə ötən ilin sentyabrın 27-də Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün əks-hücum əməliyyatı başlamasına gətirib çıxarıb.

Vətən müharibəsindən danışan Ramin Həsənov Ermənistanın bu dəfə də müharibə cinayətləri törətməsini, mülki əhaliyə və mülki obyektlərə qarşı kasetli bombalar və ballistik raketlərlə hücum etməsi, nəticədə 100-dən çox mülki vətəndaşımızın həlak olması və yüzlərlə mülki obyektin dağıdıldığını vurğulayıb. Səfir münaqişənin başa çatmasından sonra yaranmış vəziyyət, mövcud çağırışlar və Azərbaycanın postmünaqişə dövrü üçün baxışları barədə məlumat verib. 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarının, eləcə də Azərbaycan, Ermənistan və Rusiya arasında yaradılmış işçi qrupun fəaliyyətinin bölgədə davamlı sülh və regional əməkdaşlığın təmin edilməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayan diplomat Azərbaycan Prezidenti İlham Əliyevin “üç+üç” əməkdaşlıq platforması təşəbbüsünə toxunub, Azərbaycanın regionda sülhə xidmət edən digər ideyalar üçün də açıq olduğunu qeyd edib, Almaniya və digər Avropa ölkələrinin postmünaqişə dövrünün yenidənqurma və etimad quruculuğuna verə biləcəyi töhfələri sadalayıb.

Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri, AFR-in keçmiş ətraf mühit naziri Barbara Hendriks çıxış edərək, regionda barışığa nail olunmasının yollarından danışıb. O, Avropa təcrübəsinə istinad edərək, ilk növbədə, keçmiş münaqişə tərəfləri arasında ümumi iqtisadi maraqların müəyyən edilməsini təklif edib. Eyni zamanda, tərəfləri nifrət və müharibə ritorikasına son qoymağa, qarşı tərəf üçün həssaslıq kəsb edən məsələlərdə ehtiyatlı davranmağa, ilk növbədə, iqtisadi əməkdaşlıq və layihələr vasitəsilə etimad yaratmağa çağırıb.

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Xocalı qətliamının bir sıra ölkələrdə soyqırımı və insanlığa qarşı cinayət kimi tanındığını bildirib və Avropa dövlətlərinin də bu addımı atmasına çağırış edib. Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun müddətə dondurulmasının və beynəlxalq hüquqa etinasız yanaşmanın yaratdığı nəticələrdən danışıb. Nurlan Həsənov 10 noyabr Bəyanatının münaqişəyə son qoyduğunu bildirərək, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair baxışlarını bölüşüb, Almaniya və Avropa İttifaqından gözləntilərini səsləndirib.

Potsdam Universitetinin siyasi iqtisad üzrə professoru, Dağlıq Qarabağ məsələsi üzrə mütəxəssis Vilfrid Fuhrman regionda postmünaqişə dövründə iqtisadi əməkdaşlığın imkanlarından danışıb, regional əməkdaşlığın sülhyaratma potensialını vurğulayıb. Bildirib ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə artıq bir sıra layihələrə start verib və regiondakı sülh və sabitliyə töhfə vermək istəyən aktorları bu layihələrə dəstək göstərməyə çağırıb.

Onlayn tədbirdə Bundestaqın deputatları və əməkdaşları, Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndələri, siyasi, elmi və mədəni dairələrin, KİV-lərin, Almaniyada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü olub YENİLƏNİB-2 VİDEO

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur