Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş, Gürcüstanın “Dalğa” televiziyasının və “ERA” film studiyasının birgə ərsəyə gətirdiyi “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, mərasimi açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə və dünyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini, bugünkü təqdimat mərasiminin də Ulu Öndərin əziz xatirəsinə ithaf edildiyini bildirib.

Ulu Öndərin dünyada sülhün qorunmasına və təhlükəsizliyin təmin edilməsinə misilsiz töhfələr verdiyini deyən akademik İsa Həbibbəyli dahi liderin Qafqazda həyata keçirdiyi siyasətin təməlində isə birliyin və əmin-amanlığın dayandığını söyləyib. Qeyd edib ki, Ulu Öndər müasir Azərbaycanın müstəqilliyinin banisidir və ötən əsrin 90-cı illərində respublikamızı məhv olmaqdan xilas edib, zəngin dövlət idarəçiliyi təcrübəsi ilə ölkəmizin dünya dövlətləri sırasında özünəlayiq yer tutması üçün önəmli addımlar atıb.

Prezident İlham Əliyevin Ümummilli Liderin ideallarını inkişaf etdirərək və daha da zənginləşdirərək ölkəmizi dünyada söz sahibi olan dövlətlərdən birinə çevirdiyini deyən akademik İsa Həbibbəyli bugünkü Azərbaycanın uğurlarının təməlində dahi liderin arzularının dayandığını vurğulayıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin liderliyində hər birimizin arzusuna çevrilmiş Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub, bütün ölkə ərazisində Dövlət Bayrağımız ucaldılıb, Qazaxın 4 kəndi müharibəsiz geri alınıb və bütün bunlar dövlət başçımızın Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləridir.

Ümummilli Liderin həm də Azərbaycana dost və etibarlı tərəfdaşlar qazandırdığını deyən AMEA rəhbəri bunların içərisində Gürcüstanın xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, müasir dövrdə bu dostluğun təməllərini Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze atıb və hər iki lider “Qafqaz evi”nin yaranmasına və daim qorunmasına çalışıb. Həmçinin vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmiryol xətti və Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi meqalayihələrlə iqtisadi əməkdaşlığımız güclənib, məhz Ulu Öndərin təkidi ilə “Bakı-Ceyhan” boru kəmərinin adına “Tbilisi” sözü əlavə edilib.

İki ölkə arasında elmi əlaqələrə də toxunan akademik İsa Həbibbəyli AMEA-nın Gürcüstan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etdiyini, GMEA-nın prezidenti akademik Roin Metrevelinin Azərbaycan xalqının dostu olduğunu bildirib. Diqqətə çatdırıb ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun əməkdaşlığı nəticəsində Bakıda, Tbilisidə və Kembric Universitetində “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyası Azərbaycan, gürcü və ingilis dillərində nəşr edilib.

Əməkdar jurnalist Şahismayıl Şəmmədoğlunun müəllifi olduğu “Heydər Əliyev – Gürcüstan” kitabını və ssenari müəllifliyi ilə çəkilən “Dostluğun siması” sənədli filmini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli filmdə gürcü ziyalıların Ulu Öndər haqqındakı ali fikirlərinin iki ölkə arasındakı bugünkü münasibətlərin göstəricisi olduğunu bildirərək kitabın və sənədli filmin elmi əhəmiyyətini diqqətə çatdırıb.

Sonra çıxış edən Əməkdar jurnalist Şahismayıl Şəmmədoğlu Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin tarixinə toxunaraq bildirib ki, ötən əsrin 90-cı illərində Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Qafqazda sülh və sabitlik bərqərar olub. Qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyində özünün yüksəliş dövrünü yaşayır və qonşuları, eləcə də Gürcüstanla əlaqələrə xüsusi önəm verir.

Əməkdar jurnalist Şahismayıl Şəmmədoğlu, həmçinin müxtəlif illərdə işıq üzü görmüş və müəllifi olduğu “Heydər Əliyev – Gürcüstan” kitabları, eləcə də ssenarisi əsasında çəkilmiş filmlər haqqında ətraflı məlumat verib.

“Nə qədər ki, bəşəriyyət mövcuddur, Gürcüstanda yaşayan azərbaycanlılar Ulu Öndər haqqında yazıb yaradacaq. Və iki xalq arasındakı dostluq münasibətləri qorunub saxlanacaq”, - deyə Şahismayıl Şəmmədoğlu qeyd edib.

Tədbirdə çıxış edən Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin sədri Levan Mamaladze “Heydər Əliyev və Gürcüstan” filminin əhəmiyyətindən bəhs edib. Natiq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, Ulu Öndərin Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze ilə dostluq və qardaşlıq münasibətlərindən ətraflı danışıb. Qeyd edib ki, çətin, mürəkkəb dönəmdə Heydər Əliyev yeni dövlət strukturlarını yaradaraq yalnız Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz üçün əhəmiyyətli möhkəm sütun formalaşdırıb.

O, Ulu Öndər Heydər Əliyevlə şəxsi tanışlığından və söhbətlərindən bəhs edib, Ümummilli Liderin Gürcüstana olan səmimi münasibətini yüksək dəyərləndirib. Bildirib ki, birgə layihələr vasitəsilə təkcə Azərbaycanın deyil, Gürcüstanın da gələcək inkişafına təkan verib. Ümummilli Lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin bütün dünya, o cümlədən Gürcüstan üçün unikal nümunə olduğunu vurğulayan Levan Mamaladze bütün bu tarixi hadisələrin ümumilikdə Qafqaz üçün əhəmiyyətindən danışıb, bunun məhz Heydər Əliyevin başladığı yolun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində əldə olunduğunu dilə gətirib.

Çıxışının sonunda Levan Mamaladze tarixi faktların əks olunduğu filmin bütün yaradıcılarına dərin minnətdarlığını bildirib.

Mərasimdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, AR Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri professor Rza Mahmudov və Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ramiz Bəkirov çıxış edərək Azərbaycan-Gürcüstan əlaqələrindən, Ulu Öndərin Qafqaz siyasətindən danışıb, belə bir filmin və kitabın ərsəyə gəlməsini yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra ssenari və ideya müəllifi, həmçinin prodüseri Şahismayıl Şəmmədoğlu, quruluşçu rejissorları isə Elnur Vəlizadə və Georgi Toradze olan, “Dalğa” televiziyasının və “ERA” film studiyasının birgə ərsəyə gətirdiyi “Dostluğun siması” sənədli filmi nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var

AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb

Dünya uşaqların idi…

Dünyaşöhrətli alim Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində gənclərlə görüşüb

Akademik Yaqub Mahmudov uşaqlarla görüşüb

Ukraynada DneproSES bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Mövlananın irsi: Afyonkarahisarda Dərvişlər Muzeyi

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən