Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Amerikada çıxan yəhudi nəşri: “Azərbaycan real və həqiqi multikulturalizm və tolerantlıq nümunəsidir”

Bakı, 4 dekabr, AZƏRTAC

Amerikada çıxan “Jewish World - Yevreyskiy Mir” yəhudi nəşrinin 3 dekabr tarixli nömrəsində Şimon Brimanın Azərbaycanın çoxvektorlu və praqmatik xarici siyasət strategiyası, Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, Şimon Brimanın məqaləsi “İsrailli tələbələrə Azərbaycan və Cənubi Qafqazın geosiyasəti haqqında” adlanır. Müəllif qeyd edir ki, beynəlxalq münasibətlər sahəsində israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut Ariel Universitetinin israilli tələbələri qarşısında “Azərbaycan Cənubi Qafqazın geosiyasətində” adlı iki saatlıq mühazirə ilə çıxış edib. Arye Qut qeyd edib ki, bu gün Azərbaycan islam dünyasının tərəqqi və inkişaf mayakı, əsl sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsi, real və həqiqi multikulturalizm və tolerantlıq nümunəsidir.

Qeyd etmək lazımdır ki, İsrailin ali məktəblərində Azərbaycan haqqında bu formatda mühazirə ilk dəfə oxunub. Arye Qut Azərbaycan haqqında həqiqəti söyləmək üçün yaradılmış imkana görə Ariel Universitetinin professoru Zeyev Xaninə təşəkkür edib.

Məqalə müəllifi vurğulayır ki, Arye Qut israilli tələbələrə müasir mərhələdə Azərbaycanın xarici siyasət strategiyası, Cənubi Qafqazın lideri kimi Azərbaycanın rolu və yeri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İsrail-Azərbaycan münasibətlərinin indiki vəziyyəti və perspektivləri barədə mühazirə oxumaqla bərabər, “Azərbaycan dünya üçün əsl multikulturalizm və tolerantlıq modelidir” adlı maraqlı sənədli təqdimatla çıxış edib.

“Jewish World - Yevreyskiy Mir” yəhudi qəzeti yazır ki, 2014-cü ildə Azərbaycan rəhbərliyi bu ölkənin etnik və dini tolerantlığına zəmanət verən dövlət kimi rolunu möhkəmləndirən iki təsisat yaradıb.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri deyib: “Onlardan biri - Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsidir. Bu vəzifəni görkəmli Azərbaycan alimi, akademik Kamal Abdullayev tutur. İkinci qərara əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyətinin əsas istiqaməti mədəniyyətlərarası dialoqu və humanitar məsələləri inkişaf etdirməkdir. Ölkə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olmasına baxmayaraq, Azərbaycan həm də müxtəlif dinlərə etiqad bəsləyən insanların və müxtəlif etnik qrupların nümayəndələrinin vətənidir. Milli azlıqlara hörmət və onlara münasibətdə tolerantlıq ta qədim zamanlardan, Böyük İpək Yolu dövründən zəmanəmizə qədər bu ölkənin inkişafının əsası olub”.

Arye Qutun sözlərinə görə, Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələrinin vətəni olub və bu gün də belədir. Qədim Azərbaycan torpağında iudaizm və islam, atəşpərəstlik və xristianlıq yanaşı mövcud olub. A.Qut deyib: “Bu diyar bu gün də dini dözümlülüyə hədsiz səy göstərməkdə davam edir. Ölkənin yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət buna parlaq nümunədir. Yəhudilər burada heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər, Azərbaycanda heç vaxt antisemitizm olmayıb”.

Arye Qut Xocalı qırğını haqqında sənədli təqdimatı nümayiş etdirərək deyib: “Mən bir İsrail vətəndaşı kimi, yəhudi xalqının nümayəndəsi kimi, ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilmiş Sovet Ordusu zabitinin nəvəsi kimi Azərbaycanın Xocalı şəhərində soyqırımı aktı ilə üzləşmiş Azərbaycan xalqının ağrı-acısını başa düşürəm və bu kədəri bölüşürəm. Xocalıda ağlasığmaz vəhşiliklə, barbarlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonlarında ən dəhşətli faciələrdən biri olub. Danılmaz tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı şəhərini və onun ətraf ərazisini tərk etməyə macal tapmamış sakinlərin faktiki olaraq heç birinə rəhm etməyiblər. Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 adam şikəst edilib, 1275 dinc sakin - qocalar, uşaqlar , qadınlar əsir götürülərək görünməmiş əzab-əziyyətlərə, təhqirlərə məruz qalıb. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu idi ki, bütün bu insanlar azərbaycanlılar idi”.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli və qanlı qırğın haqqında təqdimat israilli tələbələri sarsıdıb. Arye Qut öz sənədli təqdimatı çərçivəsində vurğulayıb ki, tarix İkinci Dünya müharibəsi dövründə Vermaxtın tərkibində 20 minlik Erməni Legionunun qəddarlığını heç vaxt unutmayıb. İsrailli ekspert yazır: “Millətçi Dronun (o, minlərlə yəhudinin məhv olunmasında şəxsən iştirak edib) başçılıq etdiyi Erməni Legionunun məqsədi faşistlərin “xoşlamadığı” yəhudilərə və başqa xalqların nümayəndələrinə hücumlar etmək, onları qırmaq idi. Bununla yanaşı, Erməni Legionu əsir düşərgələrində “ölüm marşları” təşkil edirdi. Bu gün isə bu qatı antisemit və faşist ölkənin indiki rəhbərlərinə məhz azad Ermənistan uğrunda “mübariz” kimi, Ermənistan işğalçılıq planlarına haqq qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün bir rəmz kimi lazımdır. Yəhudilərin məhv edilməsinin iştirakçısı olmuş bu faşist Ermənistan tarixinə dair dərsliklərdə qəhrəman kimi təqdim edilir. Məgər bu, antisemitizm və faşizmə bəraət qazandırmaq deyilmi?! Müasir Ermənistanda Dro və Njde geniş miqyasda təbliğ edilir. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə bir meydana Qaregin Njdenin adı verilib. Vurğulayırıq: onlara pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir - bu əməllərin arxasında Ermənistan dövləti dayanır. Mənim fikrimcə, XX əsrin axırlarında Azərbaycanın Xocalı şəhərində kütləvi qanlı qırğıni Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın timsalında məhz erməni generalı Dronun varisləri törədiblər. Serj Sarkisyanın bir frazasını xatırlamaq kifayətdir: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq - biz bu stereotipi aradan qaldıra bildik”. Bu sözlər real sürətdə sübut edir ki, Serj Sarkisyan və onun bu gün Ermənistanda hakimiyyətdə olan bütün klanı Dronun və Njdenin əsl “layiqli “ varisləridir”.

“Jewish World - Yevreyskiy Mir” Amerika yəhudi nəşrində qeyd edilir ki, Arye Qut öz mühazirəsi və sənədli təqdimatı çərçivəsində tələbələrin diqqətini bir məqama xüsusi cəlb edib: Ermənistanın Azərbaycana qarşı təcavüzünə və münaqişəyə baxmayaraq, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və əslən Azərbaycandan olan insanların çoxu bu amilə görə qürur duyur.

Arye Qut çıxışının sonunda deyib: “Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir. Qədim Qırmızı Qəsəbə İsrailin hüdudlarından kənarda yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır. Qırmızı Qəsəbə həqiqətən Azərbaycan fəxridir. Sizin Qırmızı Qəsəbədə görə biləcəyiniz Azərbaycanda dini konfessiyaların - müsəlmanlarla yəhudilərin sıx əməkdaşlığının və tərəfdaşlığının nəticəsidir. Bu gün bizdə müxtəlif dinlərə məxsus insanların dinc yanaşı yaşaya və bir birinə hörmət edə bilməsinin real və həqiqi nümunəsi var”.

Məqalənin tam mətni ilə tanış olmaq üçün bu linkə müraciət edə bilərsiniz: : http://evreimir.com/110792/studentam-izrailya-ob-azerbajdzhane-i-geopolitike-yuzhnogo-kavkaza

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək