Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Aprel döyüşləri: gerçəkliklər və dərslər

Aprel döyüşləri: gerçəkliklər və dərslər

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində təcavüzkar Ermənistan tərəfindən 2016-cı ilin 2-5 aprel tarixlərində törədilən təxribata qəhrəman ordu hissələrimizin cavab verməsi nəticəsində işğal altında olan 2000 hektara yaxın ərazimizin, o cümlədən strateji əhəmiyyət daşıyan Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılmasından, silahlı qüvvələrimizin on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazanmasından, arxadakı ərazilərin təhlükəsizliyinin təmin edilməsindən, təsərrüfat işləri üçün əlverişli şərait yaradılmasından, işğalçı ölkənin 200-ə yaxın hərbçisinin və çoxsaylı texnikasının məhv edilməsindən bir il keçir. Ötən bir ilin zirvəsindən Azərbaycanın aprel qələbəsi necə görünür? Onun hərbi-texniki, diplomatik-siyasi, mənəvi-psixoloji əhəmiyyəti nədir? Alınan dərslər nədən ibarətdir?

AZƏRTAC Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının bununla bağlı qeydlərini təqdim edir.

Aprel döyüşləri nəyi göstərdi?

Azərbaycan üçün təkcə hərbi-texniki deyil, eyni zamanda, diplomatik-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşıyan aprel qələbəsinin müxtəlif tərəfləri haqqında çox yazmaq olar. Fikrimizcə, bu qələbə ilk növbədə aşağıdakı prinsipial məsələləri bir daha isbat etdi. Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyədək irəli sürülmüş təşəbbüslərin qarşısını almağa çalışan təcavüzkar Ermənistana ciddi qulaqburması verdi, layiq olduğu yeri göstərdi və dəfələrlə güclü olduğunu nümayiş etdirdi. Bir daha əmin olundu ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, hər an böyük hərbi əməliyyatlar başlaya bilər. Böyük bir müharibə qaçılmaz olar və bütün regionda daha ağır fəsadlar törədər. Bunun da bütün məsuliyyəti təcavüzkar ölkənin və ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə düşər. Mövcud status-kvo dəyişdirilməlidir. Yəni, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan işğalçı ordular çıxarılmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Ona görə də Minsk qrupunun həmsədrləri onlara verilmiş mandata uyğun olaraq hərəkət etməli və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün səylərini artırmalıdırlar.

Aprel qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq, düşmənə layiq olduğu cavabı verəcək və nəyin bahasına olursa-olsun torpaqlarını düşmən tapdağından azad edəcək.

Qələbə Azərbaycan dövlətinin hərb sisteminin yenidən qurulmasına, müasir silahlarla təchiz edilməsinə və Vətənin müdafiəsinə xüsusi qayğı göstərilməsinə dair cənab Prezident İlham Əliyevin siyasətinin düzgünlüyünü göstərdi. Dövlət büdcəsində müdafiə xərclərinin ən çox olmasının zəruriliyi bir daha təsdiq edildi.

İşğalçı ölkə ordusunun “məğlubedilməziliyi” haqqında uzun illər boyu erməni cəmiyyətinə yalan təbliğat yolu ilə sırıdılmış uydurmalar Azərbaycan Ordusu tərəfindən apreldə qısa bir müddət ərzində “sabun köpüyün”nə çevrildi. İşğalçı ordunun mövqeləri bir anda darmadağın edildi. Bu bir daha göstərdi ki, Azərbaycan ərazilərinin işğal altında qalması müvəqqətidir, işğala son qoyulacaq, ordumuz bu vəzifəni yerinə yetirməyə qadirdir. Qələbə, eyni zamanda, Azərbaycan hərb sisteminin, hərbi kəşfiyyatının işğalçı ölkənin hərb sistemindən və kəşfiyyatından qat-qat üstünlüyünü, Azərbaycan əsgər və zabitinin döyüş ruhunun yüksəkliyini və qəhrəmanlığını göstərdi. Azərbaycan əsgəri mərdliyini, mübarizliyini və döyüşkənliyini ortaya qoymaqla bir qəhrəmanlıq məktəbi yaratdı.

Aprel qələbəsi Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərdi. Bir daha təsdiq etdi ki, təcavüzə son qoyulması məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi eynidir. Azərbaycan vətəndaşları dövlətin bu istiqamətdə siyasətini birmənalı olaraq müdafiə edirlər və onun yanındadırlar.

Azərbaycanın qələbəsi Ermənistanda olan ümumi böhranı daha da dərinləşdirdi. Korrupsiya bataqlığında olan işğalçı ordunun rəhbərliyindən generallar və digər yüksək rütbəli zabitlər qovuldu. Bu, rüsvayçı bir hadisə idi. Azərbaycanın qələbəsi cinayətkar Sarkisyan rejimi ilə erməni ünsürü arasında olan uçurumu daha da dərinləşdirdi.

Bu qələbə erməni cəmiyyətinin mənəvi-psixoloji böhranını dərinləşdirdi. Ölkəni hakimiyyət əleyhinə mitinqlər bürüdü. Erməni əsgərinin anası oğlunun başqa dövlətin ərazisində nə üçün öldüyünü Sarkisyan rejimindən daha çox soruşmağa başladı. Azərbaycanın kiçik bir əks-hücumu nəticəsində nəinki işğal edilmiş ərazilərdən, o cümlədən Ermənistandan adamlar qaçmağa başladılar. Lakin aprel döyüşləri göstərdi ki, Azərbaycan dinc sakinlərə qarşı deyil, ərazilərinin işğaldan azad edilməsi üçün döyüşür.

Aprel döyüşlərində qələbə Azərbaycan üçün yeni bir şərait yaratdı. Dövlətimizin nüfuzu daha da artdı və beynəlxalq mövqeləri gücləndi. Bir daha təsdiq etdi ki, diplomatiya gücə arxalanmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial və xalqın milli maraqlarına cavab verən siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələndi. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edir, mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə ümumi rəy bildirirlər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının artıq çatmasına və bundan sonra mövcud status-kvonun saxlanmasının mümkünsüzlüyünə dair açıq mesajlar oldu.

Alınan ibrət dərsləri

Ordumuzun aprel qələbəsi bizi geriyə baxmağımıza, torpaqlarımızın hansı şəraitdə işğal edilməsinə bir daha diqqət yetirməyimizə və ibrət almağa vadar etdi. Aydın şəkildə göstərdi ki, torpaqlarımız dövlətimiz zəif və daxildə qarışıqlıq, sabitsizlik olduğu zamanlarda işğal edilib. Hamı əmin oldu ki, əgər dövlətimiz güclü olmasaydı, apreldə qələbə də qazanılmazdı. Deməli, Azərbaycanda xalq və hakimiyyət arasında sıx birlik və dövlətimiz güclü olduğu zaman istənilən problemi uğurla həll etmək mümkündür. Bundan sonra da dövlətimizin iqtisadi və hərbi qüdrəti daha da gücləndirilməli, xalqımız daim öz dövlətinin yanında yer almalı, ölkədə sabit, davamlı inkişaf olmalıdır.

Şəhidlər ölməz, Vətən bölünməz!

Aprel döyüşlərində şəhidlər də verdik. Hamı yaxşı bilir ki, Vətən torpağı şəhid verilmədən azad olunmaz. Haqq işimiz uğrunda bizim hər birimiz şəhid olmağa hazırıq. Şəhidlər o zamana qədər əgər yalnız bir ailənin, kəndin və qəsəbənin tanıdıqları idisə, indi onlar bütün millətimizin övladlarıdır. Onların məzarları hər birimizin and yeridir. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar öz qəhrəmanlıqları ilə bir nümunə göstərdilər. Bir daha təsdiq etdilər ki, Azərbaycan dövləti nəyin bahasına olursa-olsun təcavüzkarı qovacaq və işğal altında olan bütün torpaqları azad edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən il təmir-tikintisi başa çatdırılan tibb müəssisələrinin sayı açıqlanıb

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Peruda zəlzələ olub, bəzi bölgələrdə torpaq sürüşməsi qeydə alınıb

Türkiyədə avtomobil heyvan bazarına girib, səkkiz nəfər yaralanıb

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Türkiyədə 4,4 bal gücündə zələzələ olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO

Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

"Sabah"ın yay hazırlıq planı bəlli olub

Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə qəza törədib, 2 nəfər ölüb

ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Avro-2024: Niderland Polşaya qalib gəlib

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi - FOTOSESSİYA VİDEO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb VİDEO

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər VİDEO

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb