Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Aprel döyüşlərinin ildönümü Pirallahıda böyük ruh yüksəkliyi ilə anılıb

Bakı, 3 aprel, AZƏRTAC

Ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Sarvan Mehralıyevin böyüyüb boya-başa çatdığı Pirallahı rayonunda anım mərasimi keçirilib.

Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın dövlət himni və əsgər marşını səsləndirilib. Geniş izdihamlı mitinqlə başlayan mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatları Elman Məmmədov və Xanhüseyn Kazımlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, Müdafiə Nazirliyinin idarə rəisi Rasim Əliyev, digər rəsmi şəxslər, Pirallahı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər, şəhid Sarvan Mehralıyevi dərin hüznlə anıblar.

Mitinqdə çıxış edən Vasif İmanov, Bayram Səfərov, Şahmar Usubov, Rasim Əliyev, polkovnik Abdulla Qurbani və digərləri Sarvanın keçdiyi qısa, lakin dərin mənalı, bir çox nəsillərə örnək ola biləcək həyat yolundan geniş söhbət açıblar. Bildirilib ki, canları, qanları hesabına Azərbaycana azadlıq, müstəqillik qazandıran ataların və babaların qəhrəmanlıq yolunu davam etdirən Sarvan məktəbin bütün tədbirlərində fəal iştirak edən intizamlı bir şagird, hər an ehtiyac duyana köməyə gəlməyə hazır olan etibarlı dost, bir çox yarışlarda uğur qazanan məharətli idmançı, Vətəni böyük məhəbbətlə sevən igid gənc olub.

Vətən uğrunda bir an tərəddüd etmədən canını fəda etmiş igidlərdən biri, əslən Xocalı rayonunun Meşəli kəndindən olan və ailəsi ilə birlikdə Pirallahı rayonunda müvəqqəti məskunlaşan Mehralıyev Sarvan Natiq oğlu 1997-ci il iyulun 8-də anadan olub. Qardaşı Namiqlə birgə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılan, hər ikisi cəbhə xəttindəki “N” saylı hərbi hissəsində xidmətə başlayıblar. Xidmətdə olduqları 10 ay müddətində nümayiş etdirdikləri nizam-intizama, bir neçə dəfə mühüm hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələtəpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olub. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Bildirilib ki, aprel döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, işğalçının 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur. Ordunun döyüş hazırlığı gündən-günə artır. Mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Sosial bazanın möhkəmlənməsi istiqamətində böyük işlər görülüb. Əgər erməni faşistləri danışıqlar yolu ilə, könüllü surətdə işğal etdikləri əraziləri tərk etməsələr Azərbaycan Ordusu yeni-yeni Lələtəpə, Bayraqtəpə əməliyyatlarını həyata keçirməyə hər an hazırdır.

Şəhidin anası Xatirə xanım şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Sarvanın tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu söyləyib.

Şəhidin qardaşı Namiq Mehralıyev Ali Baş Komandanın əmri olarsa Sarvanın qəhrəmanlığını təkrarlamağa hazır olduğunu deyib, bütün Pirallahı gənclərini Sarvandan nümunə götürməyə, Vətəni Sarvan kimi sevməyə, ali məqsədlər, müqəddəs amallar uğrunda döyüşə hazır olmağa çağırıb.

Mitinqin sonunda polkovnik Abdulla Qurbani Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nəşr olunan “Lələtəpə fatehləri” kitabının ilk nüsxəsini şəhid anası Xatirə xanıma hədiyyə edib.

Anım mərasimi şəhidin ruhuna dualar oxunması və ehsan süfrəsi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “İlahi ibadət”in xoş məramı

Macarıstan Milli Assambleyasının üzvləri Milli Məclisdə olublar

“Paris-2024”: Azərbaycan basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin parlamentlərarası komissiyasının növbəti iclası keçiriləcək

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-26 dərəcə olacaq VİDEO

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Ursula Fon der Lyayen ikinci müddətə Avropa Komissiyasının prezidenti kimi qala bilər

Salyanda şəhid qardaşı yeni avtomobil modelinin dizaynını hazırlayıb VİDEO

Almaniyada “Alman-Azərbaycan Mədəniyyət Sinerqiyası” adlı orqan konserti keçirilib

İlin sonunadək Türkiyənin hava limanlarında sərnişin axını 236 milyon nəfəri ötəcək

Fövqəladə Hallar Nazirliyi və TƏBİB birgə məlumat yayıb VİDEO

Attila Tilki: Türk dövlətləri arasındakı dostluq əlaqələrinin getdikcə dərinləşməsi həssas dönəmdə çox mühümdür

NİİM: Metronun “Koroğlu” və “20 Yanvar” stansiyaları istiqamətlərində nəqliyyat sıxlığı yaranıb

Sabirabadda yük və minik avtomobilləri toqquşub, yaralılar var

17 iyun Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

Nəsimi rayonunda Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirilib

Macar parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

“Avro 2024”: Türkiyə millisinin oyununa hakim təyinatları açıqlanıb

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib VİDEO

Naxçıvanın “Kalba Rüstəm” kəhrizində təmir-bərpa işləri aparılıb

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin, Vətən müharibəsində şəhid olan həkimlərin məzarlarını ziyarət edib

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

Faktiki hava: bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb

Gürcüstanın Baş naziri müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Lerikdə 4 ton xaş-xaş kolu məhv edilib

“Avro 2024”: Belçika və Fransa yığmaları ilk görüşlərinə çıxacaqlar

Hindistanda sərnişin və yük qatarları toqquşub, azı 5 nəfər həlak olub

Malavinin vitse-prezidentinin dəfn mərasimi zamanı baş verən yol qəzasında azı 4 nəfər ölüb

Oğuzda meşə zolağında çətənə kolları becərən şəxslər saxlanılıb VİDEO

Ötən il Səhiyyə Nazirliyi tərəfindən tibbi və psixoloji yardımla təmin edilən müharibə iştirakçıların sayı açıqlanıb

Ötən il təmir-tikintisi başa çatdırılan tibb müəssisələrinin sayı açıqlanıb

Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

Peruda zəlzələ olub, bəzi bölgələrdə torpaq sürüşməsi qeydə alınıb

Türkiyədə avtomobil heyvan bazarına girib, səkkiz nəfər yaralanıb

NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Türkiyədə 4,4 bal gücündə zələzələ olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO

Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

"Sabah"ın yay hazırlıq planı bəlli olub

Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə qəza törədib, 2 nəfər ölüb

ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Avro-2024: Niderland Polşaya qalib gəlib

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi - FOTOSESSİYA VİDEO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb VİDEO

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər VİDEO

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov