SİYASƏT
“Arch Daily” informasiya portalında Heydər Əliyev Mərkəzinin arxitektura sahəsində qalib elan olunması ilə bağlı məqalə yerləşdirilmişdir
London, 1 iyul (AZƏRTAC). Dünya memarlığı ilə bağlı xəbərlər yayan “Arch Daily” informasiya portalında London Dizayn Muzeyi tərəfindən 2014-cü il üzrə Heydər Əliyev Mərkəzinin arxitektura sahəsində qalib elan olunması ilə bağlı məqalə yerləşdirilmişdir.
Məqalədə London Dizayn Muzeyinin 2014-cü ildə 7 nominasiya üzrə qalibləri müəyyən etdiyi, müxtəlif sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin qərarına əsasən, arxitektura üzrə bu ilin qalibinin Heydər Əliyev Mərkəzinin binasının seçildiyi qeyd edilir. Dizayn Muzeyinin arxitektura sahəsində ilk dəfə nominasiya elan etdiyi vurğulanır. Bildirilir ki, Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadid son 7 ildə bu mükafata layiq görülmüş ilk qadın memardır. Heydər Əliyev Mərkəzi isə arxitekturasına görə mükafatlandırılan ilk layihədir.
Yazıda Heydər Əliyev Mərkəzinin memarlıq xüsusiyyətlərini, binanın daxili ilə xarici arasında olan həmahəngliyi özündə əks etdirən fotoşəkillər yer almışdır.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.archdaily.com/522242/london-design-museum-s-design-of-the-year-heydar-aliyev-center-zaha-hadid-architects/?ad_medium=widget&ad_name=most-visited
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London