Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Armavirdə Njdenin xatirə lövhəsinin sökülməsi Ermənistanın terrorçu siyasətinə zərbədir

Ankara, 5 dekabr, AZƏRTAC

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi Ermənistanın terrorizm siyasətinə zərbədir.

Armavirdəki erməni kilsəsinin həyətində Njdeyə xatirə lövhəsinin qoyulması və beləliklə də faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Buna baxmayaraq, bu məsələ ümumi sözlərlə müzakirə kontekstindən kənara çıxmırdı. Bəzi hallarda reaksiyalar sərtləşsə də, lövhə yerində qalırdı. Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Əlbəttə ki, haqlı narazılıqdan doğan bu hərəkət çarəsizlikdən edilsə də həlledici deyildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında bu məsələni qaldıraraq, sözün əsl mənasında, dünya ictimaiyyətinin diqqətini faşist cəlladı Qaregin Njde mövzusuna yönəltdi. Dövlətimizin başçısı Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulduğunu qeyd etdi. Beləliklə, geniş ictimaiyyətin diqqətindən kənarda qalan bu məsələ təcavüzkar Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoydu.

Ermənistanın keçmiş prezidentləri - Petrosyan, Köçəryan və Sarkisyan Azərbaycan ərazisinin iyirmi faizinin işğalı prosesində iştirak ediblər. Onların hər biri dinc azərbaycanlı əhaliyə qarşı silahlı hücumların təşkilinin və icrasının birbaşa iştirakçısıdır. Sarkisyan Xocalı soyqırımının törədilməsində iştirak etməkdən qürur duyduğunu söyləyib. O, Türkiyə ərazisində yerləşən Ağrı dağını işğal etmək üçün erməni gənclərə çağırış edib. Petrosyan 1993-cü ildə məşhur terrorçu Monte Melkonyanın dəfn mərasiminə şəxsən qatılıb. 1981-ci ildə Türkiyənin Parisdəki səfirliyinə hücumun təşkilatçısı olan terrorçu Vazqen Sislyan Dağlıq Qarabağda azərbaycanlılara divan tutduğu üçün eks-prezident Köçəryan tərəfindən “Qarabağ müharibəsinin qəhrəmanı” adı ilə təltif olunub. Bu siyahını daha da uzada bilərik...

Qayıdaq Njde mövzusuna. Bu erməni terrorçu-faşistin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Azərbaycan isə sülhsevər dünya ictimaiyyətinin tələblərini irəli sürür: terrorçu, nasist tərəfdarı, faşistlərin dostu və silahdaşı, hərbi cinayətkar, ümumiyyətlə, insanlıq əleyhinə fəaliyyəti olan şəxslər heç bir yerdə qəhrəmanlaşdırıla bilməz. Belə şəxslərin fəaliyyətinin təbliğ olunması beynəlxalq hüquq normalarına zidd və təhdiddir.

Haqlı olaraq belə bir sual yaranır: Krasnodarsk diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi sıravi ermənilər tərəfindən necə qarşılanır? Təcavüzkar Ermənistan Rusiya tərəfinin haqlı qərarına və tətbiq olunan söküntüyə faşist prinsipləri ilə qarşılıq verdi. Belə ki, məlum lövhənin sökülməsindən sonra rusiyalı şair və diplomat Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib. Erməni millətçi Şant Arutünyanın oğlu Şaqen Arutünyan öz “Facebook” səhifəsində Aleksandr Qriboyedovun abidəsini qırmızı rəngə boyadığını və bu addımını Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq atdığını bildirib. Burda daha bir haşiyə də çıxmaq lazımdır. Müasir erməni terrorizminin pərisultanlarından olan, Xocalı soyqırımını törədən simalardan biri, erməni yazıçı Zori Balayan yazır ki, əgər Qriboyedov olmasaydı, nə indiki Ermənistan var idi, nə də bu ölkədəki çiçəklənən erməni şəhər və kəndləri...

Njdeyə aid xatirə lövhəsinin sökülməsinin terrorçu dövlət tərəfindən necə qarşılamasından asılı olmayaraq sülhsevər dünya ictimaiyyətinin gözlədiyi ədalət var: Qareginin Yerevandakı, Osmanlı dövlətinin Baş Naziri Tələt paşanın qatili, terrorçu Soğoman Tehliryanın Ermənistanın Şirak vilayətindəki heykəlləri dağıdılmalıdır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Pensiyanın növ dəyişməsinin elektron qaydada təmini ildə 6-7 min vətəndaşı əhatə edəcək

Komitə sədri: Azərbaycanda qadınların böyük potensialı var

Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycandan Qazaxıstana ekstradisiya olunub

DİN: Polis əməkdaşları itkin düşən bir neçə nəfəri tapıb

Azərbaycan millisinin Türkiyə ilə keçirəcəyi oyunların hakimləri açıqlanıb

Bakıda MDB Metrologiya və Sertifikatlaşma üzrə Dövlətlərarası Şurasının Texniki Komitələrinin müşavirəsi keçirilir

TBMM-in Baş katibinin müavini Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ötən il Azərbaycanda sığorta təminatı verilən risklərin həcmi ÜDM-i 4 dəfə üstələyib

“Qaraca qız” tamaşasının premyerası olacaq

Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək

Əmək pensiyasının bir növdən başqa növə keçirilməsi hansı halda mümkün olacaq?

Ötən gün 2 tüfəng könüllü olaraq təhvil verilib

Musa Quliyev: Yeni qanun layihəsi sosial sığorta prinsipinin təkmilləşdirilməsini özündə ehtiva edir

Bakıda qadın liderliyinə həsr olunmuş “SHE Congress” keçirilir

ADA Universitetində COP29-la bağlı seminar keçirilir

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaşinqtonda 8-ci Trans-Xəzər Forumu keçirilib

Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Hərbi xidmətdən yaşa görə pensiyaya buraxılanlar üçün pensiya yeni qaydada hesablanacaq

“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi 44-dən 45-ə yüksəlib

AMB: Son beş ildə sığorta bazarının həcmi 2 dəfə böyüyüb

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2023-cü il 13 aprel tarixli 20/01-020 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI

AzMİU ilə Atatürk Universiteti arasında əlaqələr genişlənir

Leyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirib

Türkiyə nümayəndə heyəti Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

FHN: Ötən gün 27 halda yanğına çıxış olub, 5 nəfər xilas edilib

BDU-da elmi seminar: Milli H-indeksi platforması

DİN: Ötən gün 65 cinayətin açılması təmin olunub

Dünya çempionatı: Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayır

Latviyalı yazıçının “Ölüm rəqsi” kitabının təqdimatı olub

Dünya birjalarında neft ucuzlaşıb

Deputatların əmək pensiyalarına əlavələr yeni qaydada hesablanacaq

Milli Məclisdə əmək pensiyaları ilə bağlı yeni qanun layihəsi müzakirə olunur

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək

Azərbaycan Basketbol Liqası: Bu gün final seriyasının üçüncü oyunu keçiriləcək

Emin Əmrullayev Dünya Təhsil Forumunda görüşlər keçirib

Dörd nəfərin zəhərlənməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır

Saatlıda keçirilən turnirdə 200-dən çox şahmatçı qız mübarizə aparıb

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək

Culfa rayonunda sursat aşkarlanıb VİDEO

Azərbaycan nefti ucuzlaşıb

Henrik Hololeyi: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çox vacib dönüş nöqtəsidir

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşlarla görüşəcək

Avropa Komissiyasının rəsmisi: Azərbaycan hər zaman Aİ-nin etibarlı və vacib enerji tərəfdaşı olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Riçard Hoqland: Azərbaycanla Ermənistan arasında baş verən son hadisələr tarixi proseslərdir

Ordu generalı To Lam Vyetnamın yeni prezidenti seçilib

Ticarət nazirinin müavini: ABŞ Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətini anlayır

Xəzər İbrahim: Azərbaycan Orta Dəhlizlə bağlı bütün məsələlərin mərkəzindədir VİDEO

UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub VİDEO

İtaliyada taksi sürücüləri tətil edib

Latviyada Rusiya vətəndaşlığını saxlayan şəxslər orduya çağırılmayacaqlar

“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

Rəsmi Tbilisi Venesiya Komissiyasının rəyini sərt tənqid edib

Süni intellekt tibb işçilərinə kömək edəcək

Beynəlxalq Buker Mükafatı qalibinin adı açıqlanıb

Vladimir Putin: İran Prezidenti etibarlı tərəfdaş idi

Çin kəşfiyyatına cəsusluqda ittiham olunan keçmiş Britaniya dəniz piyadası ölü tapılıb

Hidayət Heydərov: Hədəfim “Paris-2024”də qızıl medal qazanmaqdır VİDEO

Dünya çempionu Hidayət Heydərov Vətənə dönüb

ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib

Nigerdə yaraqlıların hücumu nəticəsində azı 7 əsgər öldürülüb

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Avropa çempionatının ikinci günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb