DÜNYA
AVROPA BİRLİYİ RUSİYANI İTTİHAM EDİR
Avropa Parlamenti iyulun növbəti iclasında Rusiyanı Çeçenistanda hərbi cinayətlər törətməkdə və bununla insan haqlarına daim müdaxilə etməkdə günahlandırmışdır. Parlament “Çeçenistan problemi”ni təhqiq edəcək beynəlxalq məhkəmə işinin tezliklə başlanmasını, “iddiaçı” və “cavabdehlər”in qanun qarşısında cavab verməsini tələb etmişdir. İclasın iştirakçıları Avropa Birliyi Nazirlər Şurasına qəti qərar göndərmiş və Şuradan Avropa Parlamenti ilə birgə Çeçenistana dair təcili konfrans keçirməyi, bu konfransın işinə Rusiya və Çeçenistan ictimaiyyətinin, ATƏT-in, o cümlədən Avropa Şurasının nümayəndələrini cəlb etməyi tələb etmişlər. Strasburqdan alınan bu məlumatı Almaniya qəzetləri öz səhifələrində dərc etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [22:38]
Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib
- 17.05.2024 [19:51]
Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib
- 17.05.2024 [19:37]
Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır
- 17.05.2024 [18:02]
Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər
- 17.05.2024 [17:19]