RƏSMİ XRONİKA
AVROPA OLİMPİYA KOMİTƏSİ İCRAİYYƏ KOMİTƏSİNİN ÜZVÜ, POLŞA OLİMPİYA KOMİTƏSİNİN SƏDRİ PYOTR NUROVSKİNİN ÇIXIŞI
-Hörmətli cənab Prezident Əliyev,
hörmətli cənab Baş nazir,
əziz azərbaycanlı dostlar,
Avropa Olimpiya Komitəsi adından, Avropa ölkələrinin milli olimpiya komitələri adından, şəxsən bizim təşkilatın prezidenti cənab Patrik Hikkeyin adından sizi əlamətdar yubiley - Azərbaycan Olimpiya Komitəsinin 15 illiyi münasibətilə təbrik etmək məndən ötrü böyük şərəfdir. Azərbaycan idmanının uğurları, nailiyyətləri, ilk növbədə, idman infrastrukturu, o cümlədən Bakıdakı gözəl idman kompleksi bizdə, sizin yubileyin xarici qonaqlarında çox güclü təəssürat doğurmuşdur. Əminik ki, sizin lideriniz, xalqınızın, dövlətinizin və Olimpiya Komitəsinin lideri cənab İlham Əliyevin şəxsi töhfələri olmadan bu uğurları qazanmaq mümkün olmazdı. Sizə gələcəkdə böyük uğurlar, əmin-amanlıq, cansağlığı, 15 illik yubileyiniz münasibətilə Pekin Olimpiya oyunlarında ən azı 15 medal qazanmağınızı arzu edirəm. Cənab Prezident, etiraz etməsəniz, Avropa Olimpiya Komitəsi adından Sizə bir rəmzi hədiyyə vermək istəyirəm.
X X X
Pyotr Nurovski hədiyyəni Prezident İlham Əliyevə təqdim etdi.
Sonra incəsənət ustalarının iştirakı ilə konsert oldu.