RƏSMİ SƏNƏDLƏR
Avropa Şurasının baş katibi Torbyorn Yaqlanddan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident.
Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni dərindən kədərləndirdi.
Avropa Şurası adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və Azərbaycan xalqına başsağlığı verirəm.
Avropa Şurası belə bir kədərli vaxtda Azərbaycan xalqının yanındadır.
Hörmətlə,
Torbyorn Yaqland
Avropa Şurasının baş katibi