İQTİSADİYYAT
Avtomobil Yolları Dövlət Agentliyi balansında olmayan əraziləri açıqlayıb
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) öz balansında olan avtomobil yolları, prospekt və küçələrlə bağlı məlumatı açıqlayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda qurumun balansına 17 min 755 kilometr magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları, Bakı şəhərinin 1500 kilometr uzunluğunda əsas küçə və prospektləri, qəsəbədaxili bəzi küçələr daxildir.
Məlumata əsasən, Bakı şəhərinin qəsəbədaxili küçə və yolları (bəzi küçələr istisna olmaqla), respublikanın şəhər və rayon mərkəzlərinin bütün prospekt və küçələri (Bakı şəhəri istisna olmaqla), eləcə də kənddaxili bütün küçə və yollar agentliyin balansında deyil.
Sözügedən prospekt, küçə və yollar yerli icra strukturlarının (icra hakimiyyəti və ya bələdiyyə) balansındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]