İQTİSADİYYAT
AZAL koronavirusla mübarizə çərçivəsində reallaşdırılan təbirlərə dəstək məqsədilə videoçarx hazırlayıb VİDEO
Bakı, 27 mart, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC (AZAL) koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində həyata keçirilən təbirlərə dəstək məqsədilə videoçarx hazırlayıb.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, belə bir çətin zamanda bütün ölkə COVID-19 təhlükəsinə qarşı mübarizədə birləşib. Hər kəsi sosial məsuliyyəti dərk edərək evdən çıxmamağa, yaxınları və ailələrinin, xüsusilə yaşlıların qayğısına qalmağa çağırırıq. Onların yanında olaq, əməl və sözlə dəstəkləyək.
Gücləndirilmiş rejimdə işləyən, həmvətənlərimizi təxliyə edən “Azərbaycan Hava Yolları”nın kollektivi Azərbaycan həkimlərinə öz dərin təşəkkürünü bildirir. Bu gün onlar “ön cəbhədə” çalışır və bu təhlükə ilə ilk üzləşənlərdəndirlər.
Birlik göstərək! Yalnız hamımızın səylərini birləşdirərək bu təhlükəli xəstəliyə qalib gələ bilərik!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]