MƏDƏNİYYƏT
Azərbaycan aşıqları Bişkəkdə
Bakı, 6 may, Z.Mansurova, AZƏRTAC
Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aşıqlarımız mayın 2-dən 4-dək Qırğızıstanın paytaxtı Bişkək şəhərində “Türk dünyası aşıqlıq gələnəyi” mövzusunda elmi konfransda iştirak ediblər.
AAB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qırğızıstan-Türkiyə “Manas” universitetində keçirilən, Türkiyə və Qırğızıstandan alimlərin qatıldıqları konfransda Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlunun mövzuya dair məruzəsi dinlənilib.
Konfransdan sonra Qırğızıstanın Opera və Balet Teatrında türk dünyası aşıqlarının iştirakı ilə böyük konsert proqramı olub. Konsertdə Azərbaycan aşıqları Kəmalə Qubadlı və Şaiq İncəli çıxış ediblər.