Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Tbilisi, 2 may, AZƏRTAC

Mayın 2-də Gürcüstanın paytaxtı Tbilisidə Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 57-ci illik toplantısı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, mayın 5-dək davam edəcək toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edir. Toplantının ilk günündə “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” və AİB-in Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) Proqramının təşkil etdiyi “Regionda yaşıl dəyər zəncirlərinin maliyyələşdirilməsi” mövzularında seminar və panel müzakirələr keçirilib.

Avropa ilə Asiya arasında hər iki istiqamətdə ticarət üçün alternativ olan Orta Dəhlizin (Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) iqtisadi artıma və regional inteqrasiyaya təkan vermək potensialına həsr edilən ilk sessiyada Gürcüstanın maliyyə naziri, Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri, Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru, Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti çıxış edərək bu cür tədbirlərin üzv və tərəfdaş ölkələr arasında əlaqələrin inkişafında, ticarət dövriyyəsinin həcminin artmasında mühüm rol oynadığını vurğulayıb, regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən danışıblar. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin əhəmiyyəti xüsusi qeyd olunub.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov panel müzakirələrində çıxış edərək Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən və ticarət əlaqələri üçün mühüm bağlantıya çevrilən Orta Dəhlizin ölkəmizin gündəliyində yer alan əsas nəqliyyat dəhlizi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan özünün nəqliyyat infrastrukturunu təkmilləşdirməklə, yol şəbəkələrinin, limanların, dəmir yollarının və hava nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə böyük həcmli sərmayələr yatırmaqla Orta Dəhlizlə bağlı öhdəliyinə sabit və qətiyyətli mövqeyini nümayiş etdirir. O, Xəzər dənizində ən böyük logistika qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının modernləşdirilməsi, avtomagistralların çəkilməsini qeyd edib.

Nazir bu dəhlizin şaxələndirilməsinə və illik ötürmə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına xidmət edəcək Zəngəzur dəhlizindən də bəhs edib. S.Şərifov hazırda Azərbaycanın nəqliyyat-tranzit gündəliyində yer alan əsas prioritet layihənin Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonunu Naxçıvan Muxtar Respublikasına və oradan da Türkiyənin Qars bölgəsinə birləşdirən nəqliyyat kommunikasiyalarının yaradılması olduğunu bildirib və əlavə edib ki, Zəngəzur dəhlizi Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir və region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək: “Zəngəzur bağlantısının həyata keçirilməsi dəhlizin tutumunu artıracaq və çatdırılma müddətlərini daha sabit edəcək. Biz inanırıq ki, Zəngəzur dəhlizi həm də regiona davamlı sülh və təhlükəsizlik gətirəcək, ölkələr arasında ticarəti və əməkdaşlığı yaxşılaşdırmaqla etimad və sabitliyin yaranmasına kömək edəcək”.

Müzakirələr zamanı nazir Azərbaycan Qara dənizin dibi ilə kabel çəkilişi layihəsinin uğurla həyata keçirilməsi üçün Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırıb. “Azərbaycan bu layihənin bir hissəsidir və bu layihə həm Gürcüstanın, həm də Azərbaycanın enerji istehsalı potensialının artırılmasını əhatə edəcək”.

Nazir, həmçinin bu il ölkəmizin çox mühüm qlobal iqlim konfransı COP29-a ev sahibliyi edəcəyini vurğulayaraq bildirib ki, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan mənbələrdən 5 QVT-a qədər enerji istehsal etməyi hədəfləyib. Buna həm dövlət investisiyaları, həm də özəl sektorun investisiyaları hesabına nail olunması nəzərdə tutulub.

Panel müzakirələrdə Orta Dəhlizin nəqliyyat-tranzit potensialının artırılması üçün qarşıda duran çağırışlar və onların həlli ilə bağlı fikir mübadiləsi aparılıb, dəhlizin regional inteqrasiya və ölkələrin inkişafının dəstəklənməsində böyük potensala malik olduğu qeyd edilib.

“Regionda yaşıl dəyər zəncirlərinin maliyyələşdirilməsi” mövzusunda keçirilən digər seminarda isə CAREC-in qlobal dəyər zəncirləri ilə əlaqələrinin gücləndirilməsində regional əməkdaşlığın rolu vurğulanıb, yaşıl dəyər zəncirlərinin maliyyələşdirmə mənbələrinin səfərbər edilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb və iqlimlə bağlı regional layihələrin hazırlanmasına dəstək imkanları nəzərdən keçirilib.

Panel müzakirələrdə çıxış edən S.Şərifov bildirib ki, hazırda iqlim dəyişikliyi ilə bağlı meydana çıxan çağırışlar yaşıl ticarəti təşviq etmək üçün regional əməkdaşlığı daha da aktuallaşdırıb ki, bu baxımdan CAREC platforması yaşıl dəyər zəncirlərinin inkişafını dəstəkləmək üçün xüsusi potensiala malikdir. Nazir vurğulayıb ki, enerji keçidi Azərbaycan kimi ölkələr üçün vacibdir, ölkələr keçidin rahat və müəyyən məqsədə yönəlmiş olmasını təmin etməlidir.

Azərbaycanın COP29-a ev sahibliyi etməkdən qürur duyduğunu vurğulayan nazir deyib ki, bununla Azərbaycan dövləti iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizəyə öz töhfəsini ortaya qoyur və dünya ölkələrini bu həyati vacib amala səfərbər etmək səylərini nümayiş etdirir: “İqlim maliyyələşməsi kimi iddialı qlobal məqsədlərə çatmaq üçün maliyyə vəsaitinə ehtiyac duyulur. Biz qlobal maliyyələşdirmə haqqında düşünməliyik və inanırıq ki, Bakıda keçiriləcək konfrans buna töhfə verəcək. Maliyyə resursları olmalıdır, biz hələ də bu resursların təmin edilməsi üsullarını, mexanizmlərini müzakirə edirik”.

Maliyyə naziri CAREC Proqramı üzrə sessiya iştirakçılarını bu ilin noyabr ayında Bakı şəhərində keçiriləcək COP29-a dəvət edib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub