İDMAN
Azərbaycan boksçuları Qazaxıstanda keçirilmiş beynəlxalq turnirdə iki medal qazanmışlar
Bakı, 26 may (AZƏRTAC). Qazaxıstanın Pavlador şəhərində idman ustası, ikiqat Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı Serik Konakbayev mükafatı uğrunda beynəlxalq boks turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışda 13 ölkədən 130 boksçu birincilik uğrunda mübarizə aparmışdır.
Turnirdə iştirak edən Azərbaycan millisi iki medal qazanmışdır.
Yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparmış Kamran Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Digər boksçumuz Rəhim Nəcəfov (56 kq) isə bürünc medalla kifayətlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2024 [22:44]
Yığmanın məşqçisi: Vətənə medalla dönmək qürurverici hissdir
- 27.05.2024 [22:28]
Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
- 27.05.2024 [22:02]
Azərbaycanın dörd idmançısı Batumidə keçirilən turnirin qalibi olub
- 27.05.2024 [19:02]
Olimpiya Təsnifat turniri: Azərbaycan boksçusu ilk görüşündə qələbə qazanıb
- 27.05.2024 [18:19]
“Qəbələ” baş məşqçisi ilə 3 illik yeni müqavilə imzalayıb
- 27.05.2024 [17:59]
Azərbaycan Cüdo Federasiyasında dünya çempionları ilə görüş olub
- 27.05.2024 [17:40]