SİYASƏT
Azərbaycan-Danimarka əlaqələrinin inkişaf etdirilməsinə dair müzakirələr aparılıb
Stokholm, 21 dekabr, Nərgiz Cəfərli, АZƏRTAC
Azərbaycan Respublikasının İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Danimarka parlamentinin xarici əlaqələr komitəsinin sədri Liz Bek və sədr müavini Per Husted ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə səfir ölkəmizin sürətli inkişaf yolu, regionda postmünaqişə dövründə yaşanan proseslər və Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar barədə məlumat verib. Söhbət zamanı geniş potensiala malik Azərbaycan-Danimarka əlaqələrinin, xüsusilə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.