Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan düzgün neft-qaz siyasəti ilə böyük bir coğrafiyada strateji əhəmiyyətini təsdiqləyib

Azərbaycan düzgün neft-qaz siyasəti ilə böyük bir coğrafiyada strateji əhəmiyyətini təsdiqləyib

İstanbul, 14 iyul, АZƏRTAC

İyulun 9-dan 13-dək İstanbulda dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən 22-ci Dünya Neft Konqresi Azərbaycanın neft və qaz strategiyasının dünya iqtisadiyyatında yerini və rolunu, sosial həyatın bütün sahələrində inkişafa təsir imkanlarının böyük gücünü bir daha nümayiş etdirdi. Dünya Neft Konqresində nümayiş olunan filmin əsas süjet xəttini enerjinin insan həyatındakı rolu təşkil edirdi. Bu fikri bütövlükdə 22-ci Dünya Neft Konqresinin mövqeyi kimi qəbul edə bilərik: Azərbaycanın neft və qaz siyasəti hazırda böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir və yüz ildən çox bir müddətdə mövcud olacağını təsdiqləyir. Bu reallıqdan çıxış edərək deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən neft və qaz strategiyası bütövlükdə Avrasıyada geniş bir regionda iqtisadi inkişafa yol açıb, uzunmüddətli sülh və sabitlik üçün əhəmiyyətli qərarlar qəbul olunmasına əlverişli şərait yaradıb.

Fikir və mülahizələri davam etdirməzdən əvvəl Prezident İlham Əliyevin İstanbul Konqresindəki proqram xarakterli nitqində ifadə etdiyi mühüm bir məqama nəzər salaq: “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi də gələcəkdə Cənub Qaz Dəhlizinə qoşula bilər. Bu istiqamətdə də müvafiq işlər aparılır. Yəni, biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik”.

Konqresdə və prezidentlərin tədbirində səslənən fikirlər, eləcə də panellərdə və konqres çərçivəsində təşkil olunan sərgilərdəki təqdimatlar bir daha təsdiqlədi ki, Azərbaycanın yeni neft və regional inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət Avrasiya məkanında yerləşən digər ölkələrin iqtisadi maraqlarına cavab verir.

Konqresin müzakirə etdiyi ən mühüm məsələlərdən biri tükənməkdə olan karbohidrogen yataqlarından çıxarılan ehtiyatların hazırda ixrac olunduğu ölkələrin gələcəkdə qarşılaşa biləcəyi neft və qaz qıtlığının hansı yollarla doldurması ilə bağlı idi. Mütəxəssislər hesab edirlər ki, təxminın 25 il sonra təkcə neft və qaz idxal edən regionlar deyil, o cümlədən hazırda karbohidrogen ehtiyatları ixrac edən bəzi ölkələr də enerji çatışmazlığı ilə qarşılaşacaqlar. Bu müddət ərzində dünyada 20 böyük karbohidrogen yatağının tükənəcəyi proqnozlaşdırılır. Məhz bu amili əsas götürərək Azərbaycanın neft strategiyasının əhəmiyyətini və dünya enerji təhlükəsizliyindəki rolunu daha aydın şəkildə təsəvvür etmək üçün mövcud vəziyyəti üç istiqamətdə xarakterizə edə bilirik. Birincisi, Azərbaycanın neft və qaz strategiyasının real nəticə verdiyi, ikincisi, perspektivdə olan, üçüncüsü isə proqnozlaşdırılan mərhələlərdir. Nəzərə almaq lazımdır ki, hazırda enerji təhlükəsizliyi anlayışı təkcə ixracatçını yox, tədarükçü tərəfi də narahat edən mühüm amilə çevrilib.

Birinci mərhələyə dair aşağıdakı fikir və mülahizələri söyləmək olar: Azərbaycanın mövcud neft və qaz strategiyası ölkəmiz də daxil olmaqla, Türkiyə və Gürcüstanda kompleks inkişafın konturlarını müəyyənləşdirir. Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatların nəql edilməsində ərazisindən istifadə edilən Türkiyə və Gürcüstan konkret olaraq bu strategiyanın bəhrəsini görür və gəlirləri iqtisadi inkişafa yönəldirlər. Bir sözlə, bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin faydasını həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin xalqları öz həyatlarında hiss edirlər. Azərbaycanın liderliyi ilə həyata keçirilən “Sahdəniz 2” layihəsi və Cənub Qaz Dəhlizinin üçüncü minillikdə Avrasiya qitəsinin enerji təhlükəsizliyinin təminatında mühüm amil kimi çıxış edəcəyi artıq heç kəsdə şübhə doğurmur.

İkinci mərhələyə, tezliklə istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP layihələri, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizində dəmir yolu şəbəkəsinin qurulmasına aid tikintilər aid edilə bilər. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini artırır. Əlbəttə, bu layihələrin daha bir çox üstünlükləri var ki, bəzən onlar geniş ictimaiyyətin diqqətindən kənarda qalır. Bu mövzuya bir qədər sonra qayıdacağıq.

Rəsmi məlumata görə, hazırda Türkiyə iqtisadiyyatına ölkəmizin sərmayə qoyuluşu 9 milyard ABŞ dolları təşkil edir. Bu məbləğin 16-17 milyarda çatdırılması hədəflənir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu investisiya isə 3,4 milyard dollar təşkil edir ki, bunun da 2,7 milyard dolları qeyri-neft sahəsinin payına düşür. Bundan başqa, perspektiv mərhələyə aid daha bir layihə Avrasiya Böyük İnformasiya Yolu layihəsidir. Onun bir hissəsi TANAP layihəsi ilə üst-üstə düşür. Belə ki, paralel olaraq, yüksək informasiya ötürücülüyü olan kabellərin, o cümlədən informasiya daşıyıcısı olan digər mühəndis qurğularının tikintisi nəzərdə tutulur.

Qeyd edə bilərik ki, Avrasiya Böyük İnformasiya Yolu layihəsinə BMT Baş Assambleyasının qəbul etdiyi üç qətnamədə dəstək verilməsi hazırda beynəlxalq sammit və konqreslərdə yüksək informasiya texnologiyalarının inkişafına dair mövzuların müzakirəyə çıxarılmasını şərtləndirir. Bu layihəni birgə həyata keçirmək Azərbaycan Respublikası ilə Beynəlxalq Telekommunikasiya İttifaqına həvalə olunub. Azərbaycanın siyasi iradəsi və digər imkanları sayəsində qədim İpək Yolu üzərində qurulacaq beynəlxalq əhəmiyyətli informasiya daşıyan dəhlizin yaradılması tam real görünür.

Nəhayət, üçüncü mərhələ haqqında onu demək olar ki, bu, dövlətimizin ardıcıl olaraq yürütdüyü mehriban dostluq və səmimi qonşuluq siyasətinin tərkib hissəsidir. Transxəzər karbohidrogen nəqliyyat dəhlizi XXI əsrdə dünya siyasətinin inkişaf istiqamətlərinə yeni nəfəs gətirib. Eyni zamanda, Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanda yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaradıb. Hazırda geniş müzakirə mövzusu olan transxəzər karbohidrogen nəqliyyat dəhlizi təkcə Xəzər dənizinin sahilyanı ölkələrdə deyil, bütün Avrasiya məkanında xüsusi maraq doğurur. Transxəzər karbohidrogen nəqliyyat dəhlizi regionun neft və qaz ehtiyatlarının bir hissinin TANAP və TAP xətləri vasitəsilə dünya bazarlarına çıxarılması üçün həlledici açara malikdir. Yəni bütün Xəzəryanı ölkələr mexaniki olaraq TANAP və TAP layihələrinə qoşulmaq şansı əldə edirlər.

Bu məqamda 22-ci Dünya Neft Konqresi çərçivəsində aparılan müzakirələrin gedişində xüsusi vurğulanan daha bir fakta nəzər yetirmək yerinə düşər. İran neft nazirinin müavini Amir Hosseyn Zamaniniya KİV-lərə bildirib ki, onun ölkəsinə qarşıdakı bir il ərzində neft və qaz yataqlarının işlənilməsi ilə bağlı 8-10 milyard ABŞ dolları məbləğində sərmayə yatırılacaq. İran təmsilçisi Türkiyənin neft və qaz şirkətlərini ölkəsinə sərmayə yatırmağa dəvət edib. Bundan başqa, konqresdə çox fəal tərəflərdən biri də Rusiya Federasiyasının hökumət üzvləri, eləcə də neft və qaz sektorundakı şirkətlərin təmsilçiləri olublar. Bütün bu amillər Türkiyə-İran, Türkiyə-Rusiya münasibətlərində enerji sahəsində əməkdaşlığın göstəriciləri olaraq özünü təsdiqləməkdədir. Mütəxəssislər hesab edirlər ki, bu əməkdaşlığın yaranmasında TANAP və TAP layihələri xüsusi rola malikdir. Bu kəmərlərin dayanaqlığına gəldikdə isə yenə də Prezident İlham Əliyevin açıqladığı rəqəmlərə müraciət edə bilərik: “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Gələcək onilliklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcəkdir”. Beləliklə, TANAP və TAP-ın çox böyük müddətdə tranzit nəqletmədə istifadə olunacağı təsdiqini tapır.

Prezident İlham Əliyevin konqresdə TANAP-ın əhəmiyyəti və işlərin gedişi barədə məlumatları da maraq doğurur: “TANAP layihəsi Cənub Qaz Dəhlizinin özəyidir. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlamışdır. Bu gün “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu layihə 4 hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır, orada “Şahdəniz-2” layihəsinin icrası artıq 93 faizə çatıbdır, yaxın aylarda tam başa çatacaqdır. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz boru kəməridir. Orada da işlər 87 faiz səviyyəsində tamamlanmışdır. Üçüncü və ən əsas hissə TANAP qaz kəməridir. Burada da tamamlanma səviyyəsi 77 faizdir və biz gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP - Trans-Adriatik kəməridir. Burada da icra 44 faiz səviyyəsindədir. Bütün bu dörd önəmli layihə Cənub Qaz Dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, onun böyük hissəsi artıq qoyulubdur”.

Qeyd etmək lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Bolqarıstanın Baş naziri Boyko Borisov, Albaniyanın Baş naziri Edi Ramak və digər dövlət və hökumət başçılarının çıxışlarında, həmçinin konqres çərçivəsində təşkil olunan panellərdə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına, onların düzgün işlənilməsinə, bu ehtiyatları nəql edəcək TANAP və TAP layihələrinin əhəmiyyətinə toxunulub, həmçinin dövlətimizin başçısının konqresdəki nitqində səsləndirdiyi faktlara dəfələrlə istinad edilib. Bütün hallarda Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və Avropaya çatdırılması 22-ci Dünya Neft Konqresində əsas müzakirə mövzusu olub.

Rəsmi məlumatlarda göstərilir ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 2018-ci ildən, Avropa bazarlarına isə 2020-ci ildən başlayaraq 16 milyard kubmetr qaz ixrac edəcək. Gələcəkdə isə ixrac həcmlərini “Abşeron” və “Ümid-Babək” kimi yeni layihələr hesabına artıra biləcək.

Beləliklə, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu uzaqgörən neft strategiyasının ilk növbədə xoş məramlılığını, onun əhatə dairəsinin sürətlə genişlənməsini, qarşısıalınmaz bir prosesə çevrildiyini və nəhayət, insan faktoruna birbaşa faydasını nəzərə alaraq, onu belə də adlandıra bilərik: Avrasiya neft və qaz inkişaf strategiyası. Məhz bu strategiya əsasında Xəzərin Azərbaycan sektorundakı karbohidrogen yataqlarının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması mümkün olub. Eyni zamanda, TANAP, TAP və Avrasiya Böyük İnformasiya Yolu layihələrinin tikintisi müvafiq texnologiyalara, maşın və mexanizmlərə, ağır və yüngül sənaye məhsullarına, elektrik təchizatlarına, o cümlədən tikinti işlərinə aid mal və materialların daşınması üçün gəmi və iri tutumlu maşınların alınmasına, uniformaların hazırlanmasına, bütün bu sahələrdə çalışan insanlar üçün qablaşdırılmış ərzaq məhsullarına tələbat yaradır. Həmin məhsulların bir qismi hətta Avrasiya qitəsindən uzaqlarda istehsal olunur. Sadalanan bütün bu məqamlar həm də müvəqqəti və daimi iş yerləri deməkdir. Bu da öz növbəsində bütün dünyada hökumətlərin qarşılaşdığı əhali məşğulluğu probleminin həllinə töhfə verir.

Sonda bir daha qeyd edə bilərik ki, Azərbaycanın nümunəsində magistral neft-qaz kəmərləri strategiyasının düzgün seçiminin iqtisadi artımın lokomotivi ola biləcəyi aydın görünür. Azərbaycan transmilli magistral boru kəmərlərinin yeni Böyük İpək Yolunun əsas elementinə çevriləcəyinə və bundan əldə ediləcək mənfəətin karbohidrogen istehsalçıları, tranzitçiləri və istehlakçıları arasında ədalətlə bölüşdürülməsinə zəmanət verəcəyinə əmindir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Səbail” turun oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb