İQTİSADİYYAT
Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Müzakirələr Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovla Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolson arasında keçirilən görüşdə aparılıb.
Dövlət Neft Fondundan AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, hökumət tərəfindən həyata keçirilən islahatlar, Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.